“Facebook”dan yeni qadağa
Xüsusi

07 Yanvar 2020

“Facebook” şirkəti “Deepfake” videolara qadağa qoyub.

“Haber Global”ın yaydığı məlumata görə, “Facebook” sosial şəbəkəsi manipulyasiya edilmiş məzmunları və “Deepfake” videoları siləcək.

 

“Facebook”un Qlobal Siyasət üzrə vitse-prezidenti Monika Biskert bildirib ki, “seçicilərimizə təzyiq və nifrət dolu nitq kimi standartlarımızı pozan məzmunlar, “Deepfake” olub-olmamasından asılı olmayaraq, “Facebook”dan silinəcək.

“Hazırda siyasətimizi yaxşılaşdırmaq və manipulyasiya edilən məzmunları müəyyən etmək üçün 50-dən çox qlobal mütəxəssislə danışıqlar aparırıq. Bu əməkdaşlıq nəticəsində müəyyən meyarlara sahib olan videoları platformamızdan çıxaracağıq”, - deyə o bildirib.

Qeyd edilir ki, bu qadağa parodiya, satira məqsədli videolara aid deyil.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top