Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Xüsusi

08 Oktyabr 2019

Azərbaycanda oktyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 21-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksəkləcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktybarın 9-da hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin gündüz saatlarında güclü şimal-qərb küləyinə keçəcəyi gözlənilir ki, bu da meteohəssas insasnlar üçün əsasən əlverişsizdir.

Nazirlik xəbərdarlıq edib ki, oktyabrın 9-u gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top