Bakıda qanunsuz tikililər sökülür - Fotolar

18 Fevral 2021

Bakıda hazırda qanunsuz tikili və hasarlar sökülür.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aparılan araşdırmalar zamanı Binəqədi rayonunda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan torpaq sahəsinin işbazlar və müxtəlif vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanması, burada müxtəlif təyinatlı tikililərin inşa edilməsi faktı aşkarlanıb.

Təşkil edilmiş komissiya tərəfindən tikilən müxtəlif təyinatlı tikili və hasarlanmış sahələrin sənədləri araşdırılıb.

Araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması, buradakı tikili və hasarların sökülməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının texnika və işçi qüvvəsi tərəfindən 2 gün ərzində bu ərazidə zəbt edilən 15 sahənin hasarları və 3 ədəd qanunsuz tikili sökülərək 1,5 ha yaxın ərazinin təmizlənməsi işləri həyata keçirilib.

Qanunsuzluqlara yol verən vətəndaşlara xəbərdarlıq edilib. Bu tədbirlər paytaxtın digər rayonlarında da keçirilir.




ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top