“Torqovaya”da çoxmərtəbəli binanın damı uçdu - VİDEO
Xüsusi

19 Sentyabr 2020

 

Bakının "Torqovaya” adlanan ərazisində 10 mərtəbəli binanın damının bir hissəsi dağılıb. 
 
Bununla bağlı bina sakinləri Oxu.Az-a görüntülər və məlumat göndərib. 
 
Bildirilib ki, damın bir hissəsinin uçması nəticəsində bir neçə mənzilə ziyan dəyib:
 
"Mərtəbələr arası döşəmə və örtüklər taxdadandır. İndi havanın rəhminə qalmışıq. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişik. Konkret cavab ala bilməmişik”.
 
Sakinlər qarşıdan payız mövsümünün gəldiyini və yağışların yağacağını, nəticədə digər mənzillərə də ziyan dəyəcəyini bildiriblər.
 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top