SİYASƏT (1481)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 13-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

 

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

"Ölkə.Az" xəbər verir ki, iclasda 32 məsələ müzakirə ediləcək

Bunlar aşağıdakılardır: 

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında. 

2. "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 

3. "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 

4. "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 

5. "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

6. "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

7. "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

8. "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

9. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 

10. "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımalar iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

11. "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

12. "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

13. "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

14. "Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında" Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 

15. "Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il 15 aprel tarixli Sazişdə dəyişiklik edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 

16. "Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında" Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

17. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 

18. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

19. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

20. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

21. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

22. "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 

23. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 

24. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 

25. "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). 

27. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

28. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

29. "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

30. "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). 

31. "Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). 

32. "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.

Addim.az azərtac-a istinadən xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.

Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.

"Ölkə.Az" bildirir ki, təbrikdə deyilir: “Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

 

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Azərbaycan Prezidenti İlham Əliyev M.Ç.Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Addim.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Addim.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

 

 Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.

Fərmanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması daha bir il uzadılacaq.

Addim.Az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, artıq "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir: "Xatırladaq ki, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Buna görə də Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır.

Beləliklə, Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla növbəti bir il müddətində də tam sığortalanır və tam kompensasiya olunur. Sığortalanmış əmanət qorunan əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond tərəfindən kompensasiya olunur. Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək.

Əmanətlərin tam sığortalanması və Prezident İlham Əliyev tərəfindən aparılan digər uğurlu iqtisadi islahatların hesabına banklarda fiziki şəxslərin depozitləri təkcə 2018-ci ildə 7 milyard 542.5 milyon manatdan 8 milyard 269.7 milyon manata çatmış, başqa sözlə, 9.6 faizdən çox artmışdır. Əmanətlərdə artım həm tələbli, həm də müddətli depozitlər üzrədir. Belə ki, müddətli depozitlər 5.6% (291 mln. AZN), tələbli depozitlər isə 18.5% (436 mln. AZN) artıb.

Bundan əlavə, əmanətlərin tam sığortalanması və məzənnənin sabit qalması əhalinin əmanətlərinin əsasən milli valyutada (¾-ü milli valyutada) artımını şərtləndirmişdir. Belə ki, milli valyutada olan əmanətlər 2015-ci ilin sonu ilə müqayisədə 2,1 dəfə artmış, xarici valyutada olan əmanətlər isə 65 faiz azalmışdır. Nəticədə, 2015-ci ilin sonu ilə müqayisədə dollarlaşma 22 faiz bəndi azalmışdır.

Bütövlükdə, əmanətlərin tam sığortalanması mexanizmi 7 515 min tələbli və müddətli hesablara malik insanı əhatə edir.

 

Əmanətlərin tam sığortalanması mexanizmi tətbiq edilənədək cəmi əmanətlərin 24.3%-ni (2.3 mlrd. manat) kompensasiya olunan əmanətlər təşkil edirdi. Hazırda isə əmanət portfelinin 77%-i (6.4 mlrd. manat) kompensasiya olunan əmanətlərə aiddir. Kompensasiya olunan əmanətlərin 24%-ni (1.5 mlrd. manat) 30 min manata qədər əmanətlər təşkil edir. Göründüyü kimi, dövlətin sığortaladığı əmanət həcmi 3 dəfəyədək artmışdır. Bu isə əmanətlərin tam sığortalanması mexanizminin nə qədər effektiv olduğunu bir daha göstərir.

Əhalinin banklara artan etimadı şəraitində əmanət həcminin böyüməsi nağd dövriyyənin azalması, nağdsız dövriyyənin isə artmasına zəmin yaradır. Maliyyə vəsaitinin bank dövriyyəsinə cəlb edilməsilə iqtisadiyyatın səmərəlilik, hesabatlılıq və şəffaflıq imkanları genişlənir.

Prezident İlham Əliyevin qərarı milyonlarla bank əmanətçisinin marağını ifadə etməklə yanaşı, həm də potensial əmanətlər üçün təşviq mexanizmidir. Əmanətlərin tam sığortalanması gələcəkdə xüsusilə manatla əmanətlərin həcminin artmasına zəmin yaradacaq. Azərbaycan manatının regionda ən sabit valyuta olması və ölkəmizdə inflyasiyanın aşağı həddi şəraitində əhali üçün banklarda əmanət yerləşdirmək daha əlverişlidir. Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması əhalinin banklara etimadını daha da gücləndirəcəkdir. Prezidentin həyata keçirdiyi digər uğurlu iqtisadi islahatlar kimi əmanətlərin tam sığortalanaması barədə qərar da ilk növbədə əhalinin maraqlarının təmin olunmasına və insan amilinə xidmət edir.

Prezident İlham Əliyevin qərarı həm də bankların maraqlarına uyğundur. Çünki dövlətin dəstəyi ilə əmanət cəlb etməklə banklar likvidliklə təmin olunur. Yaranmış makroiqtisadi sabitlik şəraitində üstəlik əmanət cəlbinin də təmin edilməsi banklar üçün bir avantajdır. Qlobal və regional səviyyələrdə iqtisadiyyatda baş verən proseslər fonunda Azərbaycanda əmanətlərin tam sığortalanması ölkəmizdə maliyyə sabitliyi və bank sisteminin dayanıqlığı üçün əlavə bir imkandır.

Azərbaycanda əmanətlərin tam sığortalanması dünyada rast gəlinən nadir hallardandır. Məsələn, qonşu ölkələrdən Gürcüstanda 5000 lari (3 200 AZN), Rusiyada 1.4 milyon rubl (36 000 AZN), Türkiyədə 100 000 lirə (32 000 AZN) və Qazaxıstanda 15 milyon təngə (66 000 AZN) məbləğinədək əmanətlər sığortalanır. Bu limiti keçdikdə isə yalnız limit qədər olan əmanət məbləği sığortalanır. Bundan başqa, ABŞ-da 250 000 dollar (425 000 AZN), Kanadada 100 000 dollar (170 000 AZN), əksər Avropa İttifaqı ölkələrində 50 000 avro (100 000 AZN), Malayziyada 250 000 rinqit (104 000 AZN) və Estoniyada isə 100 000 avro (200 000 AZN) həcmində olan əmanətlər sığortalanır. Müqayisə göstərir ki, Azərbaycan dövləti əmanətlərin tam sığortalanmasını həyata keçirməklə bu sahədə əhalinin maraqlarını ən yüksək səviyyədə qoruyur."

Prezident İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.
 
Sərəncamda qeyd edilir ki, fevralın 5-də episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, sosial və infrastruktur obyektlərinə ziyan dəyib.
 
Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində hazırda zəruri tədbirlər görülür.
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis polkovnik-leytenantı Natiq Qasımov vəzifəsindən azad olunub.
 
Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. 
 
Əmrə əsasən, Natiq Qasımov Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi təyin edilib. 
 
Qeyd edək, Natiq Qasımov Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının sədri Faiq Qasımovun qardaşıdır. 

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gedib.
"Ölkə.Az" xəbər verir ki, prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət ebib.
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI
Prezidentin Şamaxıda sakinlərlə səmimi — FOTOLARI

Son günlər mətbuatda və ictimai-siyasi dairələrdə bu ilin aprel ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı müzakirələr aparılır. 

Hətta hakim Yeni Azərbaycan Partiyası rəhbərliyinin partiyadan seçilən deputatları və fəal gənclərlə keçirdiyi görüşləri də buna hazırlıq kimi dəyərləndirirənlər də oldu.

Unikal.org-un əldə etdiyi məlumata görə, əslində növbədənkənar parlament seçkilərinin keçirilməsi nəzərdə tutulmayıb.

Məlumat üçün bildirək ki, yanvarın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Respublikası Milli Məclisində partiyanı təmsil edən deputatlarla görüş keçirilib. Həmin görüşdə Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov çıxışında səsləndirdiyi fikirlərlə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan məlumatlara nöqtə qoyub. 

Belə ki, o, partiya xətti ilə seçilən deputatlara xitabən bildirib ki, kimin fəaliyyəti qənaətbəxş olacaq, seçicilərlə daha operativ işləyəcəksə, həmin şəxslərin fəaliyyəti 2020-ci il parlament seçkilərində nəzərə alınacaq. İcra katibi çıxışı zamanı partiya yoldaşlarına 2020-ci ildə keçiriləcək parlament seçikərinə hazırlaşmalı olduqlarını bəyan etməklə, parlament seçkilərinin bu ilin aprelində deyil, qanunverciliyə uyğun olaraq 2020-ci ildə keçiriləcəyinin mesajını vermiş oldu.

Məlum olduğu kimi, fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Gənclər Günü münasibətilə gənclərlə böyük bir toplantı keçirib. Ölkə başçısı onlara öz tövsiyyələrini verib, gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mühüm mesajlarını çatdırıb.

Prezidentin gənclərə xüsusi diqqəti, onların ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutmaları üçün verdiyi mesajlar cəmiyyət tərəfindən də müsbət qarşılanıb.

Bu barədə fikirlərini Unikal.org-la bölüşən Milli Məclisin deputatları bildiriblər ki, Parlamentin gəncləşməsi, həm hökümətin tərkibinin dəyişərkən gənclərə üstünlük verilməsi, gənclərin bütün təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsi  ilə bağlı aparılan siyasət gənclərin ölkə həyatında aktiv iştirakı üçün imkan yaradıb.

Gələn ildən etibarən Fransada hər ilin aprelin 24-ü qondarma "Osmanlı Türkiyəsində erməni soyqırımı" günü kimi rəsmi qaydada qeyd olunacaq.

Addim.Az bildirir ki, Fransa prezidenti Emmanuel Makron bunu dünən Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) illik ziyafətində bəyan edib.

Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verib.

Trend-in məlumatına görə, bunu Şamaxıda jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K.Heydərov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında müvafiq işlər görüləcək:

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər".

Nazir vurğulayıb ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri lazımi yerlərdə müvəqqəti yerləşdiriləcək: "Təmir-bərpa işləri üçün dövlət tərəfindən yardım ayrılacaq".

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Həmin təkanların 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər

Qara Yanvar, Qanlı Yanvar və ya sadəcə 20 Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi və dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur.Qara Yanvar faciəsi nəticəsində Sovet Sosialist Respublikaları İttifaqı|SSRİ Konstitusiyası və Azərbaycan Sovet Sosialist Respublikası|Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır

Fransanın “MBDA Systems” şirkəti ilə Azərbaycan arasında ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair görüşmələrin yaxın zamanlarda yekunlaşması gözlənilir.

Addim.az-ın “AzeriDefence” jurnalına istinadən məlumatına görə, bu barədə “MBDA Systems” şirkətinin nümayəndəsi məlumat verib.

Tərəflər arasında fikir yaxınlığının olduğunu ifadə edən şirkət nümayəndələrinin sözlərinə görə, müzakirələr 2014-cü ildən davam edir. Lakin ötən dövrdə neftin qiymətinin düşməsi və maliyyə problemlərindən dolayı prosesdə müəyyən ləngimələr yaşanıb.

“Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olublar və məmnundurlar. Fransa dövlətindən ixracat üçün icazə almışıq. Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”, - deyə şirkət nümayəndələri qeyd ediblər.

Yerüstü bazalaşdırılan ASTER 30 SAMP/T kompleksi 120 km-ə qədər məsafədə hədəfləri zərərsizləşdirə bilir. Hər iki kompleks yaxın və uzaqmənzilli raketlərdən istifadə edir və yüksək sürətli hədəfləri vurma şansı 96-98 faizdir.

74 -dən səhifə 75
Top