Qarabağda erməni əsgərin ölümünün səbəbi məlum oldu
Xüsusi

21 May 2020

 

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisinin ölümünün səbəbi məlum olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, əsgər Henrix Aramyanın həlak olması faktı ilə əlaqədar onun hərbçi yoldaşı - kiçik çavuş O.D. saxlanılıb. Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, kiçik çavuş xuliqanlıq niyyəti ilə adam öldürməkdə şübhəli bilinərək tutulub.

İstintaq davam edir.

Qeyd edək ki, hadisə ötən gün baş verib. 2000-ci il təvəllüdlü hərbçi H.Aramyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top