MARAQLI (758)

Honkonq universitetinin alimləri müəyyən ediblər ki, yuxu çatışmazlığı və gecə saatlarında aktivlik DNA strukturunun zədələnməsinə səbəb olur.

Addim.az ölkə.az-a istinadən bildirir ki, alimlərin məsələ ilə bağlı geniş elmi məqaləsi "Anaesthesia" jurnalında dərc edilib.

Alimlərin təcrübəsinin nəticələrinə əsasən, gecə smenində işləmək DNA-ya mənfi təsir edir. Bu isə bəzi ciddi xroniki xəstəliklərin yaranma ehtimalını artırır. Belə ki, daim gecə smenində işləyən həkimlər qan analizi veriblər. Nəticələr üzə çıxarıb ki, gecə smenində işləyənlərin DNA pozulmasının səfiyyəsi gündüz işləyənlərinkinin səviyyəsindən yüksək olub.

Bir müddət əvvəl isə İspaniyanın Milli ürək-damar tədqiqat mərkəzinin alimləri qısa və dərin olmayan yuxunun ateroskleroz riskini artırdığını müəyyən ediblər.

"Roma"nın futbolçusu Çingiz Ünder Avropa nəhənglərinin diqqət mərkəzindədi.

Addim.Az fanat.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçunu "Arsenal" və "Bavariya" heyətinə qatmaq istəyir. İddialara görə, hər iki klub Türkiyə millisinin üzvü üçün italyanlara 50 milyon avro təklif edir. Bu transfer baş tutsa, Çingiz Ünder ən bahalı türk futbolçu kimi tarixə düşəcək.

Bu arada "Roma" türk futbolçunun müqaviləsini artırmaq qərarına gəlib. Paytaxt təmsilçisi yeni müqavilədə hücumçunun maaşını 1 milyon avrodan 3 milyona qaldırmaq niyyətindədi.

Qeyd edək ki, "Roma" Çingiz Ünderi 2017-ci ilin yayında "Başakşəhər"dən 13,4 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 35 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə oynadığı 25 rəsmi matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

"Real" La Liqada növbəti oyununa çıxıb.

Addim.Az qol.az-a istinadən xəbər verir ki, "kral klubu" 23-cü turda "Atletiko"nun qonağı olub. Madrid derbisində Santyaqo Solarinin komandası 3:1 hesabı ilə qalib gəlib.

"Atletiko" - "Real" - 1:3
Qollar:
 Kasemiro, 16 (0:1), Qrizmann, 25 (1:1), Ramos, 43-pen (1:2), Beyl, 74 (1:3)
Qırmızı vərəqə: Tomas, 80 ("Atletiko")

Bu qələbə ilə xalını 45-ə çatdıran "Real" turnir cədvəlində 2-ci piləyə yüksəlib, "Atletiko" is 44 xalla 3-cü pilləyə enib. Turnir cədvəlinə 50 xalla "Barselona" (22  oyun) başçılıq edir.

Son üç il ərzində Azərbaycanda yollarda kifayət qədər çökmə və sürüşmə prosesi baş verib. Bayılda iki ev, bir küçə divarı, Zığ prospektində yamac, Badamdarda isə torpaq sürüşməsi qeydə alınıb.

Daha da dəqiq desək, 2017-ci ildə Mirəli Seyidov küçəsində, 2018-ci ildə Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrində, Tbilisi, Qara Qarayev, Səməd Vurğun prospektlərində, Xırdalanda, Sumqayıtda, 2019-cu ildə isə Nobel prospektində və Sumqayıtda yol çöküb.

Yol çökməsi ilə bağlı hadisələrdə adətən qurumlar məsuliyyəti bir-birinin üzərinə atır. 

 

Açıqlama verən rəsmilər əksər hallarda səbəb kimi qrunt sularının torpağı yumasını göstərirlər. Hətta, kanalizasiya xətlərinin çürüyərək istifadəyə yararsız hala düşməsi barədə fikirlər də səsləndirilir. 

Bəs son illərdə paytaxt ərazisində, eləcə də ölkənin digər şəhər və rayonlarında yolların çökməyə meyilli olmasının səbəbi nədir?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov bildirib ki, yeni yollar çəkilən zaman və ya yollarda yenidənqurma işləri aparılarkən kanalizasiya xətləri mütləq şəkildə yoxlanılmalıdır:

“Çox güman ki, yollarda baş verən çökmələrin səbəbləri yer altından axan nəzarətsiz sular və kanalizasiya xətləridir. Su axını yerin altını yuyur və müəyyən boşluqlar (çökəklik) yaradır. Bir müddət sonra da həmin ərazilərdə çökmə baş verir. Təəssüf ki, bizdə bu işlərə laqeyd yanaşılır. 

Bakıda və regionlarda ərazilər yenidən öyrənilməlidir. Yol təkcə çökən hissədən ibarət deyil. Bu cür hadisə baş verirsə, həmin ərazinin yaxınlığında yerləşən ərazilər də dərindən öyrənilməlidir. Bakının kanalizasiya sistemi çox köhnədir. Artıq demək olar ki, istifadə müddəti bitib, borular çürüyüb. 

Digər yandan da müxtəlif texniki su axıntıları da boruları sıradan çıxarır. Həmin yolun altı yuyulduğu üçün görünən hissədə yalnız zəif bir asfalt qatı qalıb deyə bilərik. Bu isə gec-tez çökməli idi”.

Ə.Salamov əlavə edib ki, çökən yolu betonla doldurub üzərinə asfalt örtüyü çəkməklə bərpa etmək olmaz:

“Əgər həmin ərazilər öyrənilməsə, yenidən çökmə hadisəsi baş verə bilər. 40-50 il bundan qabaq bu ərazilərdə tədqiqat işləri aparılıb. Əvvəl hidrogeoloji şərait başqa idi, bu gün başqadır. 

Yenidən tədqiqat aparılmalı, təhlükəli yerlərdə mütəmadi monitorinqlər keçirilməlidir ki, problemin təkrarlanmasının qarşısını ala biləcək qabaqlayıcı tədbirlər görülsün. Çökən ərazidən 50-100 metr kənar hissələr öyrənilməlidir.

Baxın, bir nümunə deyim sizə, Badamdarda, Bayılda çoxsaylı yaşayış evləri tikilib. Amma, ərazinin kanalizasiya sistemi yoxdur. Bütün sular torpağa axır. Torpaq nə qədər su götürə bilər? Aylarla yağış yağsa həmin ərazilərdə çökmə də olacaq, sürüşmə də”.

Metronun Elmlər Akademiyası stansiyası tikilən zaman tunelin içərisinə yeraltı suların daxil olduğunu deyən Ə.Salamov bu məsələyə ciddi yanaşıldığını da diqqətə çatdırıb:

“Həmin hadisədə mütəxəssislər ciddi tədqiqatlar apardılar. O ərazilərdə “Qanlı göl” var idi. Yeraltı suların  mənbəyinin tapılması üçün müxtəlif monitorinqlər aparıldı və problemin qarşısı alındı. 

Bu işlər sistematik keçirilməlidir. Əks halda, heç bir qabaqlayıcı tədbir görülə bilməz. Tikilən çoxsaylı yaşayış binaları var ki, onların ətrafları öyrənilməlidir, yolların kənarlarında tədqiqatlar aparılmalıdır ki, baş verə biləcək hadisələrə qarşı hər hansı tədbirlər görülsün. Universitetlərimiz 50 ildir mütəxəssis yetişdirir. Yaxşı olardı ki, həmin şəxslər bu işlərə cəlb edilsin”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycan prezidentinin sərəncamları əsasında dövlət büdcəsindən 2018-ci ildə Azərbaycanda avtomobil yollarının tikintisi və təmirinə 672,05 mln. manat ayrılıb.

Hesabat dövrü ərzində ölkədə respublika və yerli təyinatlı 1,887 min km avtomobil yolları tikilib və əsaslı təmir olunub.

Bundan başqa, ötən il 16 yeni avtomobil körpüsü inşa edilib.

 

Küveytdə yeni evlənən cütlük 3 dəqiqə sonra boşanıb.

“Ölkə.Az” xəbər verir ki, bəy yerə yıxılan gəlinə “axmaq” deyərək lağ etdiyi üçün gəlin 3 dəqiqə sonra boşanmaq qərarına gəlib. Gəlinin istəyi ən sürətli boşanma müraciəti kimi tarixə düşüb.

“The Sun” qəzetinin xəbərinə əsasən, cütlüyün nikahı məhkəmə salonunda kəsilib. Məhkəmədən çıxanda gəlinin ayağı ilişib və yıxılıb. Bəy isə “axmaq” deyərək gəlinə lağ edib. Bu isə gənc qadını çılğına çevirib. Boşanmaq üçün məhkəməyə müraciət edən gəlin ərinin bu davranışının qəbuledilməz olduğunu və ayrılmaq istədiyini bildirib.

Bu gündən etibarən Göyçay-Ucar avtomobil yolunun Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna birləşən hissəsində təmir işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti Göyçay-Ucar yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılıb.

Qeyd edək ki, minik avtomobillərinin həmin yoldan istfadə etmələri ilə bağlı heç bir maneə yoxdur. Lakin yük avtomobilləri alternativ olaraq Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Avropanın milli çempionatlarında ən çox qazanan 10 futbolçunun siyahısı açıqlanıb.

Addim.Az matc.az-a istinadən xəbər verir ki, siyahıda futbolçuların vergilər çıxılmadan qazandığı məbləğ nəzərə alınıb.

Cədvələ Lionel Messi başçılıq edir. O, iki ən yaxın izləyicisinin birlikdə qazandığından daha çox əldə edir. 2-ci sırada Kriştianu Ronaldu, 3-cü yerdə Antuan Qrizmann qərarlaşıb.

Yüksək ödənişli "onluğ"un aylıq maaşı (milyon avro ilə)

1. Lionel Messi (Barselona) - 8,3

2. Kriştianu Ronaldu (Yuventus) - 4,7

3. Antuan Qrizmann (Atletiko) - 3,3

4. Neymar (PSJ) - 3,06

5. Luis Suares (Barselona) - 2,9

6. Qaret Beyl (Real) - 2,5

7. Filipe Koutinyo (Barselona) - 2,3

8. Aleksis Sançis (MY) - 2,28

9. Killian Mbappe (PSJ) - 1,73

10. Məsut Özil (Arsenal) - 1,6

Son günlər sosial şəbəkələrdə Azərbaycanı “Eurovision-2019” mahnı yarışmasında təmsil edəcək iştirakçının kimliyi saysız-hesabsız müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, müsabiqə ətrafında gəzib-dolaşan bütün söz-söhbətlərə aydınlıq gətirmək üçün Azərbaycanın “Eurovision-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovamətbuata geniş müsahibə verib.

O, Təl-Əvivdə ölkəmizi təmsil edəcək ifaçının və mahnının seçilməsi, eləcə də müsabiqəylə bağlı sualları cavablandırıb.

 

- “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi ilə bağlı keçirilən daxili kastinqdə vəziyyət necədir?

- İctimai Televiziya “Eurovision 2019” yarışmasında ölkəmizi təmsil edəcək sənətçinin müəyyənləşməsi üçün qapalı kastinq keçirib. Hansı ki, o kastinqə 40-dan çox musiqiçi dəvət edilib və onların arasından dördü finala vəsiqə qazanıb. Həmin dörd finalçı Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndidir.

- Təmsilçi ilə bağlı məsələ aydın oldu. Bəs, Azərbaycanı bu yarışmada təmsil edəcək müğənninin ifa edəcəyi mahnı ilə bağlı elan edilmiş müsabiqə necə gedir?

- Bu ilin yanvarın 24-də müsabiqədə ölkəmizi təmsil edəcək mahnının və sözlərin seçimi üçün yerli, eləcə də xarici müəlliflər arasında müsabiqə elan edilib. Bununla əlaqədar 350-dan çox müraciət almışıq. Çox sevindirici haldır ki, ölkəmizi 2019-cu ildə “Eurovision” yarışmasında təmsil etmək üçün Azərbaycan müəllifləri ilə yanaşı Avropa, Amerika, Avstraliya, hətta Braziliyadan olan müəlliflər öz mahnılarını göndəriblər. Müəlliflər fevralın 7-də, yəni bu günün sonuna qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına öz mahnılarını göndərə bilərlər.

- Ən yaxşı mahnı və təmsilçi necə seçiləcək?

- Bu seçim İctimai Televiziya və milli münsiflər heyəti tərəfindən aparılır. Hazırda biz seçimin bitməsini gözləyirik ki, seçilən ən yaxşı demo-versiyanı dörd finalçının ifasında yazaq. Məhz bu mərhələdən sonra ən yaxşı mahnı və ifaçı seçilərək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı qazanacaq.

- Bəs daxili seçim nə vaxt bitəcək və təmsilçinin kimliyi nə zaman açıqlanacaq?

- Təmsilçinin kimliyi mart ayından tez olmayaraq milli münsiflər heyətinin qərarından sonra məhz İctimai Televiziyada açıqlanacaq. Ümumiyyətlə “Eurovision”la bağlı bütün son xəbərlər, eləcə də təmsilçinin adı ilk olaraq İctimai Televiziyada səslənəcək.

- “Eurovision 2019”dakı səhnə tərtibatı haqqında hər hansı detalları deyə bilərsinizmi?

- Hazırda bu barədə danışmaq çox tezdir, çünki nə təmsilçi, nə mahnı ilə bağlı son qərar verilməyib. Onu deyə bilərəm ki, bizim niyyətimiz “Eurovision 2019” səhnəsində müasir və tam yeni bir perfomans göstərməkdir. Əsas məqsədimiz çıxışın yaddaqalan olması, izləyicilər tərəfindən sevilməsi və bununla da öz səsini Azərbaycana verməsidir!

Son günlər sosial şəbəkələrdə Azərbaycanı “Eurovision-2019” mahnı yarışmasında təmsil edəcək iştirakçının kimliyi saysız-hesabsız müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, müsabiqə ətrafında gəzib-dolaşan bütün söz-söhbətlərə aydınlıq gətirmək üçün Azərbaycanın “Eurovision-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovamətbuata geniş müsahibə verib.

O, Təl-Əvivdə ölkəmizi təmsil edəcək ifaçının və mahnının seçilməsi, eləcə də müsabiqəylə bağlı sualları cavablandırıb.

 

- “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi ilə bağlı keçirilən daxili kastinqdə vəziyyət necədir?

- İctimai Televiziya “Eurovision 2019” yarışmasında ölkəmizi təmsil edəcək sənətçinin müəyyənləşməsi üçün qapalı kastinq keçirib. Hansı ki, o kastinqə 40-dan çox musiqiçi dəvət edilib və onların arasından dördü finala vəsiqə qazanıb. Həmin dörd finalçı Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndidir.

- Təmsilçi ilə bağlı məsələ aydın oldu. Bəs, Azərbaycanı bu yarışmada təmsil edəcək müğənninin ifa edəcəyi mahnı ilə bağlı elan edilmiş müsabiqə necə gedir?

- Bu ilin yanvarın 24-də müsabiqədə ölkəmizi təmsil edəcək mahnının və sözlərin seçimi üçün yerli, eləcə də xarici müəlliflər arasında müsabiqə elan edilib. Bununla əlaqədar 350-dan çox müraciət almışıq. Çox sevindirici haldır ki, ölkəmizi 2019-cu ildə “Eurovision” yarışmasında təmsil etmək üçün Azərbaycan müəllifləri ilə yanaşı Avropa, Amerika, Avstraliya, hətta Braziliyadan olan müəlliflər öz mahnılarını göndəriblər. Müəlliflər fevralın 7-də, yəni bu günün sonuna qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına öz mahnılarını göndərə bilərlər.

- Ən yaxşı mahnı və təmsilçi necə seçiləcək?

- Bu seçim İctimai Televiziya və milli münsiflər heyəti tərəfindən aparılır. Hazırda biz seçimin bitməsini gözləyirik ki, seçilən ən yaxşı demo-versiyanı dörd finalçının ifasında yazaq. Məhz bu mərhələdən sonra ən yaxşı mahnı və ifaçı seçilərək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı qazanacaq.

- Bəs daxili seçim nə vaxt bitəcək və təmsilçinin kimliyi nə zaman açıqlanacaq?

- Təmsilçinin kimliyi mart ayından tez olmayaraq milli münsiflər heyətinin qərarından sonra məhz İctimai Televiziyada açıqlanacaq. Ümumiyyətlə “Eurovision”la bağlı bütün son xəbərlər, eləcə də təmsilçinin adı ilk olaraq İctimai Televiziyada səslənəcək.

- “Eurovision 2019”dakı səhnə tərtibatı haqqında hər hansı detalları deyə bilərsinizmi?

- Hazırda bu barədə danışmaq çox tezdir, çünki nə təmsilçi, nə mahnı ilə bağlı son qərar verilməyib. Onu deyə bilərəm ki, bizim niyyətimiz “Eurovision 2019” səhnəsində müasir və tam yeni bir perfomans göstərməkdir. Əsas məqsədimiz çıxışın yaddaqalan olması, izləyicilər tərəfindən sevilməsi və bununla da öz səsini Azərbaycana verməsidir!

Ət yeyən bakteriyalar nadir rast gəlinən hadisə olsa da, bu infeksiyaya yoluxan insanların 30%-i dünyasını dəyişir.
 
Ət yeyən bakteriya nədir və insana necə yoluxur?
 
Publika.az xəbər verir ki, ət yeyən bakteriyaların elmi adı "nekrotizan fasit”dir. Qısa müddətdə bədəni və əzələ səthini örtən toxumaları yox edəcək gücə malikdir. Nadirən rast gəlinsə də, ciddi sağlamlıq problemlərinə yol açır. Adətən, bu bakteriyaya yoluxan 4 insandan 1-i dünyasını dəyişir.
 
Konkret olaraq bilinməsə də, səhiyyə təşkilatları bu bakteriyanın çiy və ya az bişmiş dəniz məhsullarından insan bədəninə keçdiyini deyir. Bundan başqa, açıq yaranın şirin və ya duzlu su ilə təmasından sonra da bu bakteriya insan bədəninə keçə bilər.
 
 
 
Yoluxma riskini artıran faktorlar
 
- Daim dəniz və ya okean sularında üzmək
 
- Dəniz məhsullarının bol yeyildiyi yerlər
 
- Ətin yaxşı bişirilmədiyi yerlər
 
- İmmun sisteminin zəif olması
 
- Xroniki narahatlıqlara sahib olmaq
 
- Açıq yara
 
- Virusla hansısa infeksiyaya yoluxmaq
 
- Yenicə əməliyyatdan çıxmaq
 
Simptomları
 
Bakteriya bədənə daxil olduqdan 24 saat sonra təsirini göstərir. 30 saatdan sonra isə şiddəti artır. Qızartı, göyərmə, şişmə, bədən temperaturunun 5 dəfə artması, titrəmə, ürəkbulanma, yaşıl qusuntu və ishal bu xəstəliyin göstəriciləridir. İnfeksiya bədənin hər yerinə olduqca sürətli şəkildə yayılır. Bu durum da xəstənin şoka düşməsinə səbəb olur.
 
Müalicəsi
 
Ət yeyən bakteriyaya yoluxmaq xəstəliyində erkən diaqnoz çox önəmlidir. Müalicə nə qədər tez başlasa, ölüm riski o qədər azalır. Keçici olduğundan xəstə reanimasiya şöbəsində antibiotiklə müalicə olunmalıdır. Əməliyyat və oksigen müalicəsi isə bakteriyanın bədəndə ciddi təhlükələr yaratmasından sonra tətbiq edilir. Lakin bu xəstəliyin konkret müalicəsi yoxdur. Aparılan araşdırmalarda sarımsaq və soğanın bu xəstəlik üçün təbii müalicə metodu kimi istifadə oluna biləcəyi isbatlanıb.

Metronun "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb.

Addim.Az bildirir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

O, bildirib ki, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər. "Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Azərbaycan və Rusiyanın Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə inşa edəcəyi zavodda yüngül tonnajlı yük avtomobilləri buraxacaq.

Addim.Az xəbər verir ki, bu barədə oxu.az-a birgə müəssisədə Azərbaycan tərəfini təmsil edəcək "Azərmaş" ASC-nin mətbuat xidmətinin rəhbəri Günay Namidar bildirib.

Onun sözlərinə görə, hazırda "Azərmaş" Rusiyanın "Qorki Avtomobil Zavodu" (QAZ) markasının Azərbaycanda rəsmi satışını həyata keçirir. Zavod açıldıqdan sonra isə həmin avtomobillərin hissələri ölkəmizə gətirilərək burada yığılacaq.

"Bu isə daha ucuz başa gələcək və daha sərfəli qiymətlərlə yerli bazara təklif ediləcək", - deyə G.Namidar bildirib.

 

Qeyd edək ki, hazırda avtomobil elanı üzrə saytlarda Qaz-Qazel markalı, mexaniki sürət qutusuna malik yük avtomobilləri ilindən və vəziyyətindən asılı olaraq 5500-6200 dollar arasında dəyişir. Azərbaycanın tələbatına gəlincə, 2018-ci ölkəyə xaricdən 2300 ədəd yük maşınları gətirilib.

"Azərmaş" ASC 15 noyabr 2017-ci il tarixində yaradılıb, Azərbaycanda avtomobil sənayesinin qurulması və inkişaf etdirilməsini strateji hədəf seçib. İlk olaraq, Neftçala Sənaye Məhəlləsində İran Khodro avtomobillərinin istehsalı zavodu qurulub.

Bu işin məntiqi davamı olaraq Özbəkistan istehsalı olan avtomobillərin (Ravon) yığılması zavodu, Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılması zavodunun və gələcəkdə digər ölkə avtomobil markalarının istehsalı zavodlarının, lokallaşdırma, servis və satışını planlaşdırır.

"Gözəl oyun oldu. Hər iki komandanın azarkeşləri bundan razı  olmalıdır. İlk hissədə daha çox qol vura bilərdik.Vinisius və  Beylin  təhlükəli epizodları oldu. Daha  yaxşı nəticə əldə edə bilərdik, amma  fürsətlərdən yararlanmadıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Real"ın baş məşqçisi Santyqo Soları İspaniya kubokunun yarımfinalında "Barselona" ilə  ilk oyundan (1:1) sonra deyib.

 

O, hər iki komandanın növbəti  mərhələyə yüksəlmək şansının olduğunu bildirib: "Əla bir matç daha oynanılacaq. Cavab görüşündə bütün  gücümüzü ortaya qoymalıyıq. İkinci oyun daha çətin olacaq".

S.Solari oyunçularının çıxışından razı  qaldığını vurğulayıb: "Hər matçda qələbə qazanmaq istəyirik.  Bu görüşdə də  qələbə  qolunu vurmağa çalışdıq. Oynadığımız futboldan məmnunam".

Qeyd edək ki, bu komandalar arasında  cavab görüşü fevralın 27-i keçiriləcək.

Bu gün "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.
 
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, "Mədəniyyət” və "İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.
 
Məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.
 
Bədii Şurada müğənni, xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi, bəstəkar, xalq artisti Faiq Sücəddinov, xanəndə, xalq artisti Mənsum İbrahimov, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, xalq artisti Təranə Muradova, tarzən, xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.

Bu gün ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək.

Addim.AZ AZƏRTAC - a istinadən xəbər verir ki, azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Anand, Teymur Rəcəbov hollandiyalı Yorden Van Forestlə mübarizə aparacaq.

Teymur Rəcəbov yeddinci turda Hindistan şahmatçısı Santoş Viditi məğlub edərək aktivinə 1 xal əlavə edib. O, bu nəticə ilə ilk beşlikdən sonrakı pillədə qərarlaşıb. Turnir cədvəlində ilk beşlikdə qərarlaşan Dinq Liren, Aniş Giri, Maqnus Karlsen və Vişvanatan Anandın hərəyə 4,5 xalı, şahmatçımızın isə 4 xalı var.

T.Rəcəbov “Chess-news.ru” saytına yeddinci turda qələbəsini şərh edərkən bildirib: “Bu qədər qaçırılmış imkanlardan sonra nə edəcəyimi bilmirdim. Əvvəl Kramnik, sonra Rapport ilə oyunlarda... Bu dəfə də qalib gəlməmək çox xoşagəlməz hal olardı”.

Azərbaycandan insanlar ən çox nədən ölür?  IHME ölkəmizdə ölümə səbəb olan 10 başlıca xəstəlikləri dərc edib.

Azərbaycanda 1990-2017-ci illər ərzində  orta ömür 3 il artıb, 5 yaşdan aşağı uşaqlar arasında isə ölüm halları iki dəfədən çox azalıb. Bu statistik məlumatlar ABŞ-ın Vaşinqton Universiteti nəzdində ümumdünya səhiyyə sahəsində tədqiqatlar aparan IHME (Sağlamlıq Göstəricisi və Qiymətləndirilməsi İnstitutu) adlı qeyri-hökumət təşkilatının hesabatında təsbit olunub.  

1990-ci illərin əvvəlindən etibarən bu yöndə müsbət dəyişikliklər olsa da,  2017-ci ildə kişi və qadın orta ömrü arasında kifayət qədər yüksək fərq  ( təxminən 7,5 il) göz qarşısındadır.

 

Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycanın və SSRİ-nin xalq rəssamı, sosialist əməyi qəhrəmanı, dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.

Dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib.

Meksika prezidenti Andres Manuel Lopes Obradorun “Boeing 787 Dreamliner” təyyarəsi Kaliforniyada satışa çıxarılıb. 

Bununla bağlı “Telemundo” telekanalı məlumat yayıb. Bildirilib ki, Dövlət işləri və xidmətləri milli bankının rəhbəri Xorxe Mendosa təyyarənin hərbçilərin idarəsi ilə San-Bernardino şəhərinə uçacağını və satılana qədər burada qalacağını deyib. 

“O, Kaliforniyaya uçur və satışa çıxarılır”, - Meksika hökumətinin “Twitter” hesabında bildirilib. 

Bir müddət əvvəl Meksikada keçirilən prezident seçkilərində qalib gələn A.Obrador bəyan etmişdi ki, prezident təyyarəsindən istifadə etməyəcək və yalnız kommersiya reysləri ilə uçacaq. 

 

38 -dən səhifə 38
Top