MARAQLI (711)

Dünyanın bir çox ölkələrində cütlüklər öz sevgilərini daha bariz şəkildə nümayiş etdirmək üçün nikahlarını məhz Sevgililər Günü kimi qəbul edilmiş 14 fevral - Müqəddəs Valentin Günündə bağlayırlar.
 
Addim.az Trend-ə istinadən xəbər verir ki, Müqəddəs Valentin Günündə nikah bağlayanların sayına görə Hollandiya xüsusi yer tutur.
 
14 fevral həftənin cümə gününə təsadüf etdikdə isə həmin gün toy etmək istəyənlərin sayı daha çox olur. Məsələn, 2014-cü ildə Müqəddəs Valentin Günü həftənin cümə gününə təsadüf edib. Həmin il Hollandiyada 678 cütlük ailə qurub ki, bu say da fevral ayının digər cümə günlərində evlənənlərin orta sayından demək olar ki, 5 dəfə çox olub.
 
Moskva Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin rəisi Yelena Yefremova deyib ki, bu il 14 fevralda yalnız Moskvada 288 yeni ailə qurulacaq. Ötən il bu münasibətlə 325 ərizə qəbul edilmişdi.
 
Azərbaycanda Müqəddəs Valentin Gününün keçirilməsi ənənəsi çox geniş yayılmasa da, ölkəmizdə bu günün keçirilməsində maraqlı olan iş adamları ilə yanaşı, bu günün xüsusi şəkildə qeyd edilməsinə çalışan gənclər də var.
 
Dövlət Statistika Komitəsindən bildirilib ki, son 5 il ərzində fevral ayında ən çox evlilik sayı 2014-cü ildə qeydə alınıb. Həmin ildə bağlanmış 84 912 nikahın 5894-ü fevral ayının payına düşüb.
 
2015-ci ildə bağlanmış 68 773 nikahın 5462-i, 2016-cı ildə 66 771 nikahın 4445-i, 2017-ci ildə 62 923 nikahın 4174-ü, 2018-ci ildə 62 484 nikahın 3736-sı fevral ayında qeydə alınıb.
 
Ədliyyə Nazirliyindən bildirilib ki, 2017-ci il fevralın 14-də Azərbaycanda 277, 2018-ci ildə isə 212 nəfər nikaha daxil olub.
 
Qeyd edək ki, statistik məlumatlarda fevralın 14-də evlənənlərin nikah günlərini məhz Müqəddəs Valentin Gününə görə təyin etdikləri açıqlanmasa da, onların arasında nikahlarını məhz həmin gündə bağlamaq istəyən gənclərin olması da istisna edilmir.

ARB TV-nin aparıcısı Gülər Nemət uşaqlıq xatirəsini danışıb.

Addim.az BiG.AZ-a istinadən xəbər verir ki, o, pərəstişkarı olduğu meyxanaçı Namiq Qaraçuxurluya görə döyüldüyünü bildirib:

"Gündəliyimin içindən Namiq Qaraçuxurlunun şəkli çıxdı. Anam dedi ki bu oğlan kimdir, şəklini özünlə gəzdirirsən? Və saçlarımdan yapışdı, yoldu".

 
 

Azərbaycanın bank sektoru 2014-dən düşdüyü seytnot vəziyyətindən çıxa bilmir. Xəbərə görə, yaxın vaxtlarda “Unibank” və “NBC bank” da bağlanacaq. 
Hazırda bankların sayı 45-dən 30-a enib. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın “qurbanı” olub. 
Nəticədə iqtisadi geriləmə başlayıb, kreditləşmə kəskin olaraq aşağı düşüb. 2019-cu ildə də 10-a yaxın bankın bağlanacağı anonsunu veriblər. 
Siyahıda iki kommersiya bankının – MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində 2002-ci ildə yaranmış “Unibank”ın da adı çəkilir. 
Beynəlxalq reytinq agentliklərinin son açıqlamalarında Azərbaycanın zəif, problemlərin çox olduğu bankların adları yer alıb. O siyahıda “Unibank”ın da adı var. Deməli həmin bankla bağlı da problemlər var. 
DİA.AZ bildirir ki, bu il sağlamlaşdırma başa çatmasa, dövlət dəstəyilə banklarla vətəndaşlar arasında yaranan problemlər aradan qalxmasa, “çürük banklar” öz gücləri hesabına bu məsələləri həll edə bilməyəcəklər. Ona görə bu problem tezliklə öz həllini tapmalıdır. 
Bir neçə kiçik bankın birləşdirilərək, sağlam bank yaradılması daha məqsədəuyğundur. Azərbaycanda isə bu, çox nadir görülən praktikadır. Bu səbəbdən 2019-cu ildə daha bir neçə bankın bağlanmasının şahidi olacağıq”. 
“Unibank”ın lisenziyasının ləğvi qərarı rəsmən elan oluna bilər. Son zamanlar vətəndaşların ən çox narazılıq etdiyi banklardan biri kimi ad çıxarmışdı. 
Əhalini daha çox qəzəbləndirən müştərilər arasında ayrı-seçkilik salınması, vətəndaşlarla kobud davranışdır. Bank işçiləri özlərini hüquq-mühafizə orqanı əməkdaşları kimi aparırlar. Sanki onlara müştəri ilə qabaq rəftar səlahiyyəti verilib. 
Bu barədə verilən məlumata görə, bank əməkdaşlarının saymazyana hərəkətlərindən, müştəriyə yuxarıdan aşağı baxmaqdan, vətəndaşlara qarşı yekəxanalıqdan mərkəzi ofisə müraciətlər daxil olurdu.(DİA.AZ)

Azərbaycanın ilk müstəqil teatrı olan ADO maliyyə çətinliklərindən dolayı məkanını itirə bilər.

Addim.az BAKU.WS-ə istinadən xəbər verir ki, yaranmış problemlə bağlı 200-dən çox incəsənət nümayəndəsi mədəniyyət naziri Əbülfəs Qarayevə açıq müraciət edib.
Bu barədə teatrın rəsmi səhifəsi məlumat yayıb. Müraciətdə bildirilir:

"Cənab Nazir! ADO Teatrı ölkəmizdə artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində teatr, çoxlu sayda yerli və beynəlxalq layihələrdə uğurla iştirak edib. Hazırda isə, teatr Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 245 ünvanında yerləşən məkanını itirmək təhlükəsi ilə üz-üzə qalıb, icarə haqqını ödəməkdə çətinlik çəkir.

ADO teatrının məkan probleminin həll olunması istiqamətində müvafiq addımlar atmağınızı sizdən xahiş edirik. Hesab edirik ki, adı çəkilən teatrın fəaliyyətinin davam etməsi – Azərbaycanın müasir mədəniyyətinin formalaşmasında müsbət rol oynayacaq".

Qeyd edək ki, müraciətə 211 şəxs qoşulub. Onların sırasında xalq artistləri Fəxrəddin Manafov, Ramiz Novruz, Afaq Bəşirqızı, Rəfael Dadaşov, Həmidə Ömərova, əməkdar artirlər Ayşad Məmmədov, Gülzar Qurbanova, Bəsti Cəfərova, müğənnilər Elnur Hüseynov, Diana Hacıyeva və başqa tanınmış şəxslər yer alıb.

"PSJ birinci qoldan sonra oyuna nəzarət etməyə başladı. Uzun müddət idi bu səviyyədə oynamadığımızı və öyrənməli olduğumuzu gördük. Bizim üçün yaxşı təcrübə oldu".

Addim.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunner Sulşer Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0:2 hesabı ilə uduzduqları ilk oyunu şərh edərkən deyib.

"Zədələrin məğlubiyyətə səbəb olduğunu demək düzgün deyil.  Bizdə yüksək səviyyəli  oyunçular və  onlar əvəzetmə ilə meydana çıxdılar. Amma Linqard və Marsyal önəmli futbolçulardır.Ümid  edirəm ki, onların zədəsi ciddi deyil" - deyə o bildirib.

Norveçli mütəxəssis Parisdə yaxşı nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb: "Dağlar fəth edilmək üçün yaradılıb. Hələ hər şey bitməyib.Təslim olmayacağıq. Parisə gedəyik və orada öz futbolumuzu oynayacağıq".

Gürcü xalqı Vahid Milli Hərəkat Partiyasını və Mixail Saakaşvilini dəstəkləmir.
Addim.az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili deyib.

Onun sözlərinə görə, bütün məsul idarələr Saakaşvilinin ölkəyə gətirilməsi ilə məşğul olmalıdır: "Mənə maraqlıdır ki, niyə prokurorluq hərəkətə keçmir və niyə beynəlxalq təşkilatlarla Mixail Saakaşvilinin saxlanılması istiqamətində çalışmır? Bizim güc strukturlarımızın hərəkətə keçmək və onu Gürcüstana gətirmək zamanı çatıb. Məni baş prokuror təyin edin və söz verirəm ki, bir həftəyə Saakaşvilini ələ keçirəcəyəm. Bu, mənim "Gürcü Arzusu"na təklifimdir".

İşə götürüləcək cəlladlara 203 dollar maaş veriləcək.
 
Şri Lanka hökuməti edam cəzasını yenidən tətbiq edəcəyini açıqlamasından sonra cəllad işi ilə bağlı rəsmi elan verilib.
 
Elan rəsmi "Daily News" qəzetində yerləşdirilib.
 
İşə götürüləcək cəlladlara 203 dollar maaş veriləcək.
 
Elanda namizədlərin 18-45 yaşlarında, kişi, o cümlədən mükəmməl əxlaqi xarakterə və ağlı yerində olması barədə şərtlər yer alıb.(bakupost.az)

2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2,9 milyard manat olub. Bu, əvvəlki ilin eyni vaxtı ilə müqayisədə 2,7 faiz çoxdur. Bəs, bu qədər pul nəyə xərclənib?

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 1,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb, başqa sözlə ötən bir ildə qeyri-ərzaq məhsulları daha çox bahalaşıb.

2019-cu ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,3 faizi ərzaq məhsullarının payına düşüb. Xərc cədvəlində bundan sonrakı yeri 17,6 faizi toxuculuq məhsulları, 8,4 faizlə digər qeyri-ərzaq məhsulları təşkil edib.

2019-cu ilin yanvar ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi  293,8 manat və ya 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.

 

Millimizin yeni baş məşqçisi Nikola Yurçeviç Bakı Olimpiya Stadionunda ilk mətbuat konfransına çıxıb.

Oxu.Az xəbər verir ki, o, ilk olaraq AFFA ilə razılaşdırdığı müqavilənin müddətindən danışıb:

“AFFA ilə 1 illik müqaviləni razılaşdırmışıq. Daha sonra bu müqavilənin müddətini uzada bilərik. Bilirik ki, AÇ-nin seçmə mərhələsində işimiz çətin olacaq. Çünki dünya reytinqində dördüncü yerdə olan Xorvatiya ilə düşmüşük. Bizim mövqeyimiz reytinqdə elə də yaxşı deyil.

Bakıda iki oyuna baxmışam. Xorvatiyada olanda isə “Qarabağ” – “Neftçi” oyununu izləmişəm. Bu matç, xüsusən, çox xoşuma gəldi. Çünki yığma üzvləri çıxış edirdi.

Bakıda toplanış keçirəcəyik. Hansı tarixdə və neçə gün oynayacağımız daha sonra bilinəcək. Azərbaycanda oynayan 20-yə yaxın futbolçu nəzərimdədir. Artıq onlar barədə ilkin informasiyam var. Azərbaycandan kənar oyunçularla da bağlı məlumat toplayacam.

Bir köməkçi məşqçim Xorvatiyadan olacaq. O Mario Tokiçdir, Zaqreb “Lokomotiv”inin baş məşqçisi olub. Digər iki məşqçi - fiziki hazırlıq və oyunların təhlili üzrə məşqçilər də Xorvatiyadan olacaq. Onlar millinin toplanışlarına qatılacaqlar. Digərləri yerli məşqçilər olacaq. Bunu AFFA müəyyənləşdirəcək.

Mən tək Robert Prosineçki yox, onun millimizdəki köməkçisi olmuş Qordon Sipriçdən Azərbaycan haqqında məlumatlar almışam. Prosineçki ilə Xorvatiya millisində uzun müddət çıxış etmişəm. O mənə Azərbaycandakı futbol, həyat, Bakı haqda hər şeyi danışıb.

Mən ondan Azərbaycan mətbəxi barədə soruşmuşam. O buranın mətbəxini tərifləyib.

Türkiyədə çalışdığımdan, bilirəm ki, mətbəxlər oxşardır. Amma deyərdim ki, Xorvatiya mətbəxi də əladır. 

Qurban Qurbanovla hələ ki görüşmək imkanım olmayıb. Bilirəm ki, o, Azərbaycanın ən güclü məşqçilərindən biridir. Amma yaxın həftələrdə Premyer Liqa məşqçiləri ilə görüşmək planım var.

Maaşım rəsmi müqavilə bağlandıqdan açıqlanacaq. Açığı, maaş məsələm az müzakirə olundu və dərhal razılığa gəldik. 

Mən də Prosineçki kimi həyat yoldaşımla Bakıda yaşayacağam. Qızlarım Zaqrebdə təhsil alır. Onlar arada bizi görməyə gələcəklər.

Rəqiblərdən fərqli olaraq, taktiki sxemimiz dəyişəcək. Əsasən hücumameyilli oynayacağıq. Amma Xorvatiya ilə oyunda bu sistemdən yararlana bilmərik”.

"Mançester Yunayted"in əsas  futbolçusu Pol  Poqbadır. Ondan topu almaq mümkünsüz kimidir. Təkbətək mübarizədə çox güclüdür. Hər an fərq yarada bilir. Hazırda komandada lider  kimi oynamağa başlayıb. Martialla bir-birlərini çox yaxşı başa düşürlər. Bir sözlə, çox təhlükəli futbolçudur".

Addim.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, komandanı aparıcı futbolçuları Edinson Kavani və Neymarın oynamamağına da  münasibət bildirib: "Mbappe hər iki oyunçunun yerini  doldura  bilməz. Neymar səviyyəsində oyunçular oynamadığı zaman onun  yerini doldurmaq mümkünsüzdür. Neymarın yeri görsənəcək".

Qeyd edək  ki, Kavani və Neymar zədə səbəbindən "MY"a qarşı bu gecə oynamayacaq.

400 minlik toyu ilə məşhurlaşan Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova doğulmayan övladı üçün cinsiyyət partisi keçirib.
Kult.az xəbər verir ki, A.Şükürova Bakıdakı dəbdəbəli məkanlardan birində baş tutan partinin görüntülərini şəxsi İnstaqram hesabında paylaşıb.
İlk evliliyindən bir oğlu olan A.Şükürovanın ikinci evliliyindən də oğlu doğulacaq.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı başçısı Eldar Əzizovun əmri ilə ötən il oktyabrın 10-da Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib. BŞİH-in tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Q.Şükürov haqqında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
 
[media=https://youtu.be/8xVRVt-KeQw]
Xəbər verdiyimiz kimi, ötən gün müğənni Zamiq Hüseynovun Heydər Əliyev sarayında konserti baş tutub.

"Addim.Az" Axşam.az-a istinadən xəbər verir ki, konsertə qatılan xalq artisti Zülfiyyə Xanbabayeva və əməkdar artist Röya Ayxan sənətçini ön sıradan izləyib.

Müğənnilər gecənin irəliləyən dəqiqələrində yerlərində dayana bilməyib, səhnənin önündə rəqs ediblər. Onlar əvvəlcə Zamiqin “Uçduq” mahnısının, daha sonra isə “Sən necədə gözəlsən” hitinin sədaları altında oynayıblar. 

Onların rəqsi gecənin ən diqqətçəkən məqamlarından olub. Komplekssiz məşhurların bu hərəkəti alqışla qarşılanıb.

Sözügedən kadrları təqdim edirik:

 

"Barselona" İspaniya La Liqasının 23-cü turunda səfərdə "Atletik"lə qolsuz bərabərə qalıb - 0:0.

Milli.Az xəbər verir ki,  bu nəticəylə "Barselona"nın La Liqada 37 oyunluq qol seriyası qırılıb. Belə ki, kataloniyalılar sonuncu dəfə 2018-ci ilin 11 fevralında La Liqada bir qarşılaşmanı qolsuz tərk etmişdi.

Qeyd edək ki, "Barselona" La Liqada 23 turdan sonra 51 xalla liderdir.

Honkonq universitetinin alimləri müəyyən ediblər ki, yuxu çatışmazlığı və gecə saatlarında aktivlik DNA strukturunun zədələnməsinə səbəb olur.

Addim.az ölkə.az-a istinadən bildirir ki, alimlərin məsələ ilə bağlı geniş elmi məqaləsi "Anaesthesia" jurnalında dərc edilib.

Alimlərin təcrübəsinin nəticələrinə əsasən, gecə smenində işləmək DNA-ya mənfi təsir edir. Bu isə bəzi ciddi xroniki xəstəliklərin yaranma ehtimalını artırır. Belə ki, daim gecə smenində işləyən həkimlər qan analizi veriblər. Nəticələr üzə çıxarıb ki, gecə smenində işləyənlərin DNA pozulmasının səfiyyəsi gündüz işləyənlərinkinin səviyyəsindən yüksək olub.

Bir müddət əvvəl isə İspaniyanın Milli ürək-damar tədqiqat mərkəzinin alimləri qısa və dərin olmayan yuxunun ateroskleroz riskini artırdığını müəyyən ediblər.

"Roma"nın futbolçusu Çingiz Ünder Avropa nəhənglərinin diqqət mərkəzindədi.

Addim.Az fanat.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçunu "Arsenal" və "Bavariya" heyətinə qatmaq istəyir. İddialara görə, hər iki klub Türkiyə millisinin üzvü üçün italyanlara 50 milyon avro təklif edir. Bu transfer baş tutsa, Çingiz Ünder ən bahalı türk futbolçu kimi tarixə düşəcək.

Bu arada "Roma" türk futbolçunun müqaviləsini artırmaq qərarına gəlib. Paytaxt təmsilçisi yeni müqavilədə hücumçunun maaşını 1 milyon avrodan 3 milyona qaldırmaq niyyətindədi.

Qeyd edək ki, "Roma" Çingiz Ünderi 2017-ci ilin yayında "Başakşəhər"dən 13,4 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 35 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə oynadığı 25 rəsmi matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

"Real" La Liqada növbəti oyununa çıxıb.

Addim.Az qol.az-a istinadən xəbər verir ki, "kral klubu" 23-cü turda "Atletiko"nun qonağı olub. Madrid derbisində Santyaqo Solarinin komandası 3:1 hesabı ilə qalib gəlib.

"Atletiko" - "Real" - 1:3
Qollar:
 Kasemiro, 16 (0:1), Qrizmann, 25 (1:1), Ramos, 43-pen (1:2), Beyl, 74 (1:3)
Qırmızı vərəqə: Tomas, 80 ("Atletiko")

Bu qələbə ilə xalını 45-ə çatdıran "Real" turnir cədvəlində 2-ci piləyə yüksəlib, "Atletiko" is 44 xalla 3-cü pilləyə enib. Turnir cədvəlinə 50 xalla "Barselona" (22  oyun) başçılıq edir.

Son üç il ərzində Azərbaycanda yollarda kifayət qədər çökmə və sürüşmə prosesi baş verib. Bayılda iki ev, bir küçə divarı, Zığ prospektində yamac, Badamdarda isə torpaq sürüşməsi qeydə alınıb.

Daha da dəqiq desək, 2017-ci ildə Mirəli Seyidov küçəsində, 2018-ci ildə Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrində, Tbilisi, Qara Qarayev, Səməd Vurğun prospektlərində, Xırdalanda, Sumqayıtda, 2019-cu ildə isə Nobel prospektində və Sumqayıtda yol çöküb.

Yol çökməsi ilə bağlı hadisələrdə adətən qurumlar məsuliyyəti bir-birinin üzərinə atır. 

 

Açıqlama verən rəsmilər əksər hallarda səbəb kimi qrunt sularının torpağı yumasını göstərirlər. Hətta, kanalizasiya xətlərinin çürüyərək istifadəyə yararsız hala düşməsi barədə fikirlər də səsləndirilir. 

Bəs son illərdə paytaxt ərazisində, eləcə də ölkənin digər şəhər və rayonlarında yolların çökməyə meyilli olmasının səbəbi nədir?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov bildirib ki, yeni yollar çəkilən zaman və ya yollarda yenidənqurma işləri aparılarkən kanalizasiya xətləri mütləq şəkildə yoxlanılmalıdır:

“Çox güman ki, yollarda baş verən çökmələrin səbəbləri yer altından axan nəzarətsiz sular və kanalizasiya xətləridir. Su axını yerin altını yuyur və müəyyən boşluqlar (çökəklik) yaradır. Bir müddət sonra da həmin ərazilərdə çökmə baş verir. Təəssüf ki, bizdə bu işlərə laqeyd yanaşılır. 

Bakıda və regionlarda ərazilər yenidən öyrənilməlidir. Yol təkcə çökən hissədən ibarət deyil. Bu cür hadisə baş verirsə, həmin ərazinin yaxınlığında yerləşən ərazilər də dərindən öyrənilməlidir. Bakının kanalizasiya sistemi çox köhnədir. Artıq demək olar ki, istifadə müddəti bitib, borular çürüyüb. 

Digər yandan da müxtəlif texniki su axıntıları da boruları sıradan çıxarır. Həmin yolun altı yuyulduğu üçün görünən hissədə yalnız zəif bir asfalt qatı qalıb deyə bilərik. Bu isə gec-tez çökməli idi”.

Ə.Salamov əlavə edib ki, çökən yolu betonla doldurub üzərinə asfalt örtüyü çəkməklə bərpa etmək olmaz:

“Əgər həmin ərazilər öyrənilməsə, yenidən çökmə hadisəsi baş verə bilər. 40-50 il bundan qabaq bu ərazilərdə tədqiqat işləri aparılıb. Əvvəl hidrogeoloji şərait başqa idi, bu gün başqadır. 

Yenidən tədqiqat aparılmalı, təhlükəli yerlərdə mütəmadi monitorinqlər keçirilməlidir ki, problemin təkrarlanmasının qarşısını ala biləcək qabaqlayıcı tədbirlər görülsün. Çökən ərazidən 50-100 metr kənar hissələr öyrənilməlidir.

Baxın, bir nümunə deyim sizə, Badamdarda, Bayılda çoxsaylı yaşayış evləri tikilib. Amma, ərazinin kanalizasiya sistemi yoxdur. Bütün sular torpağa axır. Torpaq nə qədər su götürə bilər? Aylarla yağış yağsa həmin ərazilərdə çökmə də olacaq, sürüşmə də”.

Metronun Elmlər Akademiyası stansiyası tikilən zaman tunelin içərisinə yeraltı suların daxil olduğunu deyən Ə.Salamov bu məsələyə ciddi yanaşıldığını da diqqətə çatdırıb:

“Həmin hadisədə mütəxəssislər ciddi tədqiqatlar apardılar. O ərazilərdə “Qanlı göl” var idi. Yeraltı suların  mənbəyinin tapılması üçün müxtəlif monitorinqlər aparıldı və problemin qarşısı alındı. 

Bu işlər sistematik keçirilməlidir. Əks halda, heç bir qabaqlayıcı tədbir görülə bilməz. Tikilən çoxsaylı yaşayış binaları var ki, onların ətrafları öyrənilməlidir, yolların kənarlarında tədqiqatlar aparılmalıdır ki, baş verə biləcək hadisələrə qarşı hər hansı tədbirlər görülsün. Universitetlərimiz 50 ildir mütəxəssis yetişdirir. Yaxşı olardı ki, həmin şəxslər bu işlərə cəlb edilsin”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycan prezidentinin sərəncamları əsasında dövlət büdcəsindən 2018-ci ildə Azərbaycanda avtomobil yollarının tikintisi və təmirinə 672,05 mln. manat ayrılıb.

Hesabat dövrü ərzində ölkədə respublika və yerli təyinatlı 1,887 min km avtomobil yolları tikilib və əsaslı təmir olunub.

Bundan başqa, ötən il 16 yeni avtomobil körpüsü inşa edilib.

 

Küveytdə yeni evlənən cütlük 3 dəqiqə sonra boşanıb.

“Ölkə.Az” xəbər verir ki, bəy yerə yıxılan gəlinə “axmaq” deyərək lağ etdiyi üçün gəlin 3 dəqiqə sonra boşanmaq qərarına gəlib. Gəlinin istəyi ən sürətli boşanma müraciəti kimi tarixə düşüb.

“The Sun” qəzetinin xəbərinə əsasən, cütlüyün nikahı məhkəmə salonunda kəsilib. Məhkəmədən çıxanda gəlinin ayağı ilişib və yıxılıb. Bəy isə “axmaq” deyərək gəlinə lağ edib. Bu isə gənc qadını çılğına çevirib. Boşanmaq üçün məhkəməyə müraciət edən gəlin ərinin bu davranışının qəbuledilməz olduğunu və ayrılmaq istədiyini bildirib.

Bu gündən etibarən Göyçay-Ucar avtomobil yolunun Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna birləşən hissəsində təmir işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti Göyçay-Ucar yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılıb.

Qeyd edək ki, minik avtomobillərinin həmin yoldan istfadə etmələri ilə bağlı heç bir maneə yoxdur. Lakin yük avtomobilləri alternativ olaraq Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Avropanın milli çempionatlarında ən çox qazanan 10 futbolçunun siyahısı açıqlanıb.

Addim.Az matc.az-a istinadən xəbər verir ki, siyahıda futbolçuların vergilər çıxılmadan qazandığı məbləğ nəzərə alınıb.

Cədvələ Lionel Messi başçılıq edir. O, iki ən yaxın izləyicisinin birlikdə qazandığından daha çox əldə edir. 2-ci sırada Kriştianu Ronaldu, 3-cü yerdə Antuan Qrizmann qərarlaşıb.

Yüksək ödənişli "onluğ"un aylıq maaşı (milyon avro ilə)

1. Lionel Messi (Barselona) - 8,3

2. Kriştianu Ronaldu (Yuventus) - 4,7

3. Antuan Qrizmann (Atletiko) - 3,3

4. Neymar (PSJ) - 3,06

5. Luis Suares (Barselona) - 2,9

6. Qaret Beyl (Real) - 2,5

7. Filipe Koutinyo (Barselona) - 2,3

8. Aleksis Sançis (MY) - 2,28

9. Killian Mbappe (PSJ) - 1,73

10. Məsut Özil (Arsenal) - 1,6

35 -dən səhifə 36
Top