Şənbə günü hava necə olacaq? – PROQNOZ
Xüsusi

22 May 2020

 

23 mayda gözlənilən hava şəraiti aşıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətdən verilən xəbərə görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-20, gündüz  23-28, Bakıda  gecə 18-20, gündüz  25-27 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa  yüksələcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək.  Mayın 23-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər  duman olacaq, qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 15-20, gündüz  27-32, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 23-ü gündüz və 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi, temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top