Kamil Zeynallı nə vaxt azadlığa çıxacaq? – Vəkili açıqladı
Xüsusi

22 May 2020

 

Bu gün məşhur idmançı Kamil Zeynallı azadlığa çıxır.

Bu barədə Teleqraf.com-a açıqlamasında Kamil Zeynallının vəkili Adəm Məmmədov məlumat verib: “Bu gün Kamil Zeynallı saat 17:00 və 18:00 arası həbsdən çıxacaq. Onu dostları qarşılayacaq. O, Binəqədidə müvəqqəti saxlanılma məntəqəsində idi”.

Vəkil “Kamil Zeynallını qarşılmağa həyat yoldaşı Gülay Zeynallı da gələcəkmi?” sualına “Bu haqda məlumatım yoxdur” deyə cavab verib.

Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün 10 gün müddətində həbs edilmişdi.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top