Sabahın havası: 18 dərəcə isti, duman, çiskin
Xüsusi

21 Mart 2020

 

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı, səhər saatlarında zəif duman olacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək - 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər Lənkəran-Astara zonasında yağıntıların intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq. 

Martın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top