"Həyatında olanlara görə məni günahlandırırlar" - Ayanın anası
Xüsusi

07 Fevral 2020

 

Müğənni Ayan Babakişiyeva ATV-də yayımlanan "7 Canlı" verilişinə qonaq olub.

Axşam.az xəbər verir ki, proqram zamanı sənətçinin anası ilə hazırlanan video çarx nümayiş olunub. O, qızına "Güclü qadın, gözəl ana, xeyirli övladdır. Ayana bir sual vermək istəyirəm: danışdılar ki, anası etdi, Ayan yaxşı qızdır. Həyatındakı hər şeyin günahkarı anasıdır. Əgər qəlbində bir qırıqlıq varsa, de" sualını ünvanlayıb.
Anasının bu sözləri Ayanı kövrəldib. O, "Həyatda hər şeyə anamın sayəsində nail olmuşam. Anam məni dünyaya gətirib. Başımın tacısan, yaxşı ki, varımsan. Sən olmasan, mən məhv olaram" cavabını verib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top