Azərbaycanın bu zonasında yaşayanların xərçəngə tutulması ilə bağlı maraqlı FAKT
Xüsusi

14 Yanvar 2020

 

Geologiya və Geofizika İnstitutu tərəfindən Azərbaycanın yüksək təbii radiasiya fonu olan ərazilərində yaşayan əhalinin həyat keyfiyyəti və uzunömürlük fenomeni tədqiq edilib.

İnstitutdan verilən məlumata görə, tədqiqat zamanı Talış zonasında radiasiya səviyyəsinin monitorinqi aparılıb, ərazidə uzunömürlülüyün yaş və gender strukturu müəyyən edilib.

Tədqiqat zamanı yaşayış yerlərində radonun həcminin aktivlik səviyyəsi ilə insan ömrünün müddəti arasında əlaqənin olması ilə bağlı təhlil aparılıb.

Müəyyən edilib ki, əhali arasında ağciyər bədxassəli törəmə xəstəliyinə tutulanların sayı radonun miqdarından (˃250 Bk/mᶾ) yuksək dərəcədə asılı olub. Bu problemin optimal həlli kimi yaşayış binalarının zirzəmilərində fasiləsiz havalandırma sistemləri quraşdırmaqla radon riskinin azaldılması təklif edilib. (trend)

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top