Milyarder aya səyahət etmək üçün SEVGİLİ AXTARIR
Xüsusi

13 Yanvar 2020

 

Yaponiyalı milyarder Yasaku Maezava aya səyahət etmək üçün qadın partnyor axtarır.

''Ölkə.Az'' xəbər verir ki, Amerikada raket istehsal edən SpaceX şirkəti aya turistik gəzinti təşkil edib. Yaponiyalı milyarder həmin gəzintiyə çıxmaq üçün gənc qız axtarışındadır. 44 yaşlı Yasaku bu elanı sosial media hesabında yayımlayaraq bildirib ki, onunla aya səyahət etmək istəyən qadınlar onun şəxsi hesabında qeydiyyatdan keçə bilərlər. O bildirib ki, onunla aya çıxan həmin qadın 20 yaşdan böyük olmalı, daima gülərüz, və pozitiv olmalıdır. Yasaku həmin qadına 100 milyon yuan vəd edir.

Qeyd edək ki, Yasakunun şəxsi sərvətinin dəyəri 3 milyard dollardan artıqdır.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top