Polis saatlarla labirintdə şübhəlini axtardı
Xüsusi

07 Oktyabr 2019

ABŞ-ın Kaliforniya ştatındakı Petaluma şəhərində polis əməkdaşları şübhəlinin qaçdığı qarğıdalı labirintini iki saat axtarıblar.

29 yaşlı Rayan Kennet Uest (Rayan Kenneth Watt) köhnə sevgilisini təqib etməkdə günahlandırıldığına görə qıza yaxınlaşması qadağan olunub. Lakin Uest bu qadağanı pozmağa çalışıb.
Polis ona yaxınlaşdıqda yolu keçərək qarğıdalı labirintində itib. Üç metrlik qarğıdalı sahəsində qurulmuş yol şəbəkəsi 16 min kvadratmetr sahəni əhatə edir.

 

Polis əməkdaşları sahəni bağlayıb helikopter çağırıblar. Daha sonra üç nəfərdən ibarət qrupa bölünərək iki tərəfdən labirintə daxil olublar. Əməliyyat iştirakçılarından biri "Merkuri News"a açıqlamasında "Biz mütəmadi olaraq irəliləyirik. Bütün labirinti gəzdik, amma onu tapmadıq" deyib.

İki saat sonra yanacağı bitmək üzrə olan helikopter şübhəlinin axtarışını dayandırmağa qərar verib. Labirintdən çıxan polislərdən birinin gözü yaxınlıqdakı toyuq hininə sataşıb və orada şübhəli şəxsi yaxalayıblar.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top