MARAQLI (834)

“Bizim yaşamağa haqqımız yoxdur? Bu məlumatların niyə yayıldığını başa düşmürəm”.

Bu sözləri bu gün sosial şəbəkələrdə öldüyü deyilən bəstəkar, müğənni Əli Mirəliyev Oxu.Az-a açıqlamasında deyib. 

 

“Bu məlumatlar harada yayılıb, kim yazıb? Bu insanlar sağ adamı öldürməyə çalışır. Bu xəbəri yayanlar nə alçaq adamlardır”, - o bildirib.

 

Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidi inşa edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Agentlik mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisi həyata keçirilib. Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb.

 

Keçid üç dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulmuşdur. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilib.

Qeyd edək ki, bu Bakı şəhərində cari ildə inşa olunan sayca dördüncü piyada keçididir. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada keçidləri inşa edilib.

B

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər zəif duman müşahidə olunacaq, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz  29-32, Bakıda gecə 19-21, gündüz  29-31 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan aşağı - 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində gündüz cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

1 -dən səhifə 42
Top