Tarixə görə çeşidlənmiş məqalələr Bazar ertəsi, 26 Oktyabr 2020

 

 

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qardaş Türkiyə xalqına və xüsusilə də TRT telekanalına təşəkkür edib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

 

Sosial şəbəkə hesabında Türkiyənin TRT telekanalının aparıcılarının Azərbaycana dəstək xarakterli səmimi çıxışlarının videosunu paylaşan H.Hacıyev bu sözləri qeyd edib:

“Təşəkkürlər, Qardaş Türkiyə! Təşəkkürlər, TRT. Bir millət, iki dövlət”.

 

Bölmə: SİYASƏT

 

 

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə silahlı qüvvələrinin əsgərlərinin Qarabağda döyüş meydanından qaçdığını etiraf edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın hökumət başçısı feysbukda canlı yayımda bildirib.

 

“Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır. Lakin hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və heç bir bəraət qəbul olunmur”, - o deyib.

N.Paşinyan həmçinin vurğulayıb ki, bu, taleyüklü məqamdır və ermənilərin heç biri onlara kömək ediləcəyinə ümid bəsləməməlidir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığı və fərariliyini əks etdirən videogörüntülər yayılır.

 

Bölmə: DÜNYA
1 -dən səhifə 3
Top