"Brent" neftinin qiyməti 36 dolları ötdü
Xüsusi

21 May 2020

 

Londonun "ICE Futures" birjasında keçirilən növbəti hərrac zamanı "Brent" markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,3% artaraq 36,14 ABŞ dolları təşkil edib.

Redaktor.az xəbər verir ki, bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 36  ABŞ dollarından yuxarı olmuşdu.

Nyu-Yorkun "Nymex” əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 4,3% artaraq 33,33 ABŞ dolları olub.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top