SOCAR tender elan edib - SİYAHI
Xüsusi

12 Mart 2020

 

SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir. 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi 15 mm-lik çuqun əyməyə (Lot 1) və müxtəlif ölçülü polad əymələrə (lot 2) olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi (29010-20) elan edir.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 31.03.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi SOCAR-ın tələbatını ödəmək məqsədilə “Kepware” lisenziyalarının satın alınması üçün açıq satınalma müsabiqəsi (23002-20) elan edir.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 03.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi inert materiallara və M-300 markalı əmtəə betona olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi (29004-20) üzrə müraciətlərin son tarixinin, həmçinin, təklif zərflərinin açılış tarixinin müddətinin uzadılmasını elan edir.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 31.03.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR “Kompleks qazma işləri” tresti SOCAR-da neft-qaz əməliyyatlarının aparılması üçün tələb olunmayan material qiymətlilərinin açıq hərrac yolu ilə özgəninkiləşdirilməsinə dair müraciətin tarixinin uzadılmasını elan edir

Hərracda iştirak haqqında ərizənin əsli tələb olunan digər sənədlərlə birlikdə  02.04.2020-ci il, saat 17-30-dək  Hərrac Komissiyasına təqdim olunmalıdır.

Bütün tenderlər üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaq.

Elanlar və satınalma predmetləri haqqında geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.

 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top