Azərbaycanda istehsal edilən avtomobillərin sayı məlum olub
Xüsusi

24 Yanvar 2020

 

2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 315,5 milyon manatlıq məhsul istehsal edilib.

Redaktor.az-ın məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,0 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 17,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7 faiz azalıb.

Dövr ərzində 905 ədəd traktor, 2360 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 65,9 faiz, fəvvarə armaturunun istehsalı 48,5 faiz artıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top