Azərbaycan nefti bahalaşıb
Xüsusi

13 Yanvar 2020

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68.53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.23 dollar/barel çoxdur.

Addim.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66.95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.29 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59.68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66.43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0.04 dollar/barel çoxdur.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top