Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur
Xüsusi

19 Oktyabr 2019

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 milyard 384,1 milyon manat nəzərdə tutulur.

AZƏRTAC bu barədə gələn ilin dövlət və icmal büdcələri üzrə layihələrə istinadən xəbər verir.

ARDNF-in 2020-ci il üçün büdcəsinin xərcləri 11 milyard 560 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4,3 milyon manat azdır.

ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 350 milyon manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 milyon manat və ya 0,1 faiz azdır.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top