Azərbaycan neftinin qiyməti 60 dollara düşdü
Xüsusi

05 Oktyabr 2019

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 60,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel azdır.



FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.



Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 57,81 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top