Azərbaycan ötən ay qaz hasilatını və nəqlini nə qədər artırıb?
Xüsusi

18 Fevral 2021

 

Azərbaycanda 2021-ci ilin yanvar ayı ərzində 3 milyard 518,4 milyon kub metr təbii qaz, 2 milyard 604,4 milyon kub metr əmtəəlik qaz hasil edilib.

Addim.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, hasil edilən təbii qazın həcmi ötən ilin yanvar ayı ilə müqayisədə 0,6 faiz, əmtəəlik qazın həcmi isə 7,9 faiz artıb.

 

Ötən ay ərzində magistral qaz kəmərləri ilə 3 milyard 549,3 milyon kub-metr qaz nəql edilib. Bu, əvvəlki ilin yanvar ayına nisbətən 12,2 faiz çoxdur.

Qeyd edilib ki, qaz nəqlinin 45,3 faizi Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib və 1 milyard 607,1 milyon kub metr qaz ötürülüb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top