İDMAN (347)

"Neftçi"nin baş məşqçisi Roberto Bordin mövsümün sonunda klubdan ayrılacaq.

Publika.az xəbər verir ki, bu iddia İtaliya mətbuatında yer alıb.

Xəbərə görə, 54 yaşlı mütəxəssis son mövsümlərdə çalışdırdığı komandalarda uğur qazandığına görə İtaliya klublarından da təklif ala bilər.

Qeyd edək ki, "Neftçi" bu mövsüm R.Bordinin rəhbərliyi altında ölkə çempionatını ikinci pillədə başa vurub və Avroliqaya vəsiqə qazanıb.

Olimpiya çempionumuz Toğrul Əsgərov müəyyən aradan sonra sərbəst güləş karyerasını bərpa edib.
Addim.az xəbər verir ki, o, bunu oxu.az-a açıqlamasında özü təsdiqləyib.
"Artıq şəxsi problemlərim geridə qaldı. Komandaya qoşulmuşam. Özümü 73 kq çəki dərəcəsində sınamağı düşünürəm. Ola bilsin ki, gələn ay Minskdəki Avropa Oyunlarında qayıdışım rəsmiləşsin. Amma bu, dəqiq deyil. Sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcəyəm. İndi bütün diqqətimi güləşə və Olimpiya çempionu olmağa yönəltmişəm".
O, oktaqonda paylaşdığı şəkillərə də aydınlıq gətirib:
"MMA ilə peşəkar şəkildə məşğul olmaq fikrim yox idi. Sadəcə olaraq, güləşdən aralı qaldığım müddətdə yaxın dostların idman zalında məşq edirdim".

 

 

Təbrizin “Traktor” futbol komandası bu mövsümdə İran Superliqasında ən çox azarkeşi olan klub ünvanını qazanıb.

 

Axar.az xəbər verir ki, bu mövsüm klubun oyunlarını stadiondan izləyənlərin sayı 653 min nəfər olub. “Səhənd” stadionunda baş tutan “Traktor” – “İstiqlal” oyunu 90 min azarkeşlə mövsümün, eləcə də Təbriz klubunun ən çox azarkeşi olan matç kimi müəyyənləşdirilib.

 

“Traktor”dan sonra Tehran şəhərinin klubları “Perspolis”in oyununu 567 min, “İstiqlal”ın oyununu isə 407 min tamaşaçı izləyib.

 

“Perspolis” klubunun bundan sonra bir oyunu qalmış olsa da, oyun 15 min nəfərlik stadionda baş tutacağı üçün komandanın “Traktor”u geridə qoyma ehtimalı yoxdur. 

Meksikalı professional güləşçi "Silver King" (Gümüş kral) ləqəbli Cuauhtemoc Gonzalez Baron yarış zamanı ölüb.
Atatv.az xəbər verir ki, güləşçinin infarkt keçirdiyi bildirilir.

Turnir zamanı əvvəlcə hər şey qaydasında olub. Lakin zərbələrdən yerə yıxılan Baronun rəqibi Juventuud Guerrera onun sinəsinə təpiklə vurub. Bundan sonra isə "Silver King" bir daha ayağa qalxa bilməyib.

Sonradan verilən açıqlamada onun yarış zamanı infarktdan öldüyü bildirilir.

İngiltərə "Arsenal”ının baş məşqçisi Unay Emeri komandanın futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakının nə dərəcədə mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirib.


Bunu siyasi məsələ adlandıran ispaniyalı mütəxəssis Azərbaycan və Ermənistan arasındakı problemdən xəbərsiz olduğunu açıqlayıb. Lakin o, Mxitaryanın həlledici qarşılaşmada iştirakı üçün əllərindən gələni edəcəklərini söyləyib: "Bu gün Mxitaryan yaxşı çıxış etdi. Əlimizdən gələn hər şeyi etməyə hazırıq ki, Henrix finalda oynasın. Amma mən bunun siyasi problemlə əlaqədar nə dərəcədə mümkünlüyündən və iki ölkə arasındakı problemin nə olduğundan həqiqətən də xəbərsizəm. Bu, məndən asılı məsələ deyil və həlli yolunu çox da yaxşı bilmirəm. Amma biz finalda Mxitaryanın olmasını istəyirik və mümkün olan hər şeyi edəcəyik ki, o, Bakıda olsun”.


Qeyd edək ki, "Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi” ilə üz-üzə gələcək
 

Rusiyada kişi boksçular arasında "Sankt-Peterburq qubernatorunun kuboku”nda yarımfinal mərhələsi yekunlaşıb.


10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin iki idmançısı finalda iştirak hüququ qazanıb. 


52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə rusiyalı Elbrus Soltuxanovu məğlub edib. Həmyerlimiz rəqibinə 3:1 (27:29, 29:27, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. M. Yusifzadə həlledici görüşdə monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gələcək. 


Onun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. Yığmamızın liderlərindən olan boksçu erməni Qurgen Hovannisyana gücünü göstərib. M. Abdullayev də komanda yoldaşı Rahil Məmmədli kimi, Ermənistan təmsilçisini 4:1 (30:27, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz finalda moldovalı Aleksey Zavatini sınağa çəkəcək. 

"Liverpool"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakıda təşkilinə münasibət bildirib.
 

Goal.az xəbər verir ki, almaniyalı mütəxəssis bunun düzgün qərar olmadığını düşünür:

"Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdir. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın. Qərar daha məqbul olmalıdır".
 
Klopp Bakı ilə Çempionlar Liqasının final görüşünün keçiriləcəyi Madrid şəhərini də müqayisə edib: "Bakı? Ora necə getmək, mütəmadi reyslərin olması barədə anlayışım yoxdur. Belə qərarlar daha şüurlu verilməlidir. İndi bu qərar məsuliyyətsiz təsiri bağışlayır. Qərarların necə verilməsini bilmirəm. Şəhərlərdə qiymətlərin endirilməsinə razı olmalıdılar ki, hər şey müəyyən kateqoriyada olsun. Madridə gəlincə, eşitmişəm ki, orda adətən 100 funt-sterlinqə götürə bildiyiniz mənzil üçün indi 2700 funt-sterlinq ödəməlisiniz. Bu ağlasığmazdır. Nə deyə bilərəm? Azarkeşlər üçün çox təəssüflənirəm”.
 

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda Arsenal-la Chelsea arasında keçiriləcək. Liverpool - Tottenham finalı isə iyunun 1-i Madridin "Vando Metropolitano" stadionunda keçiriləcək.

18 -dən səhifə 18
Top