İDMAN (315)

“Real” gələn mövsümə daha güclü heyətlə başlayacaq. “Çelsi”dən Eden Azar transfer olunub. İndi də PSJ-dən Kilina Mbapenin keçid ehtimalı müzakirə olunur. “Real”ın baş məşqçisi Zinəddin Zidan onu da sərəncamında görmək istəyir.

Eden Azar
Eden Azar

Bizimyol.info xəbər verir ki, Paris klubu futbolçusunu 250 milyon avrodan ucuz satmaq fikrində deyil. Məbləğ böyük görünə bilər, amma unutmayaq ki, PSJ onu “Monako”dan 180 milyon avroya almışdı. Mbappe PSJ-yə keçəndən sonra dünya çempionu olmağa imkan tapıb.

Mbappe
Mbappe

Madriddə hücumçunun Fransa çempionatının ən yaxşısı seçilməsini də yaxşı qarşılayıblar. Açıq-aşkar hiss olunur ki, “Real” onun transferində israrlıdır.

Mbappe bu mövsüm Fransa çempionatının 28 oyununda 32 qol vurub.

Kilian bir müddət əvvəl PSJ-dəki mövqeyindən narazılıq etmişdi. O gedəcəyinə eyham vurmuşdu.

“Dünyanın hər yerindən olan futbol azarkeşlərini həyəcanlandıracaq bu hadisə üçün Azərbaycanı və onun gözəl paytaxt şəhərini ziyarət etmək bizim üçün şərəfdir”.

“Report”un məlumatına görə, bu fikirlər UEFA prezidenti Aleksander Çeferinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı salamlama mesajındandır.

Sloveniyalı funksioner bildirib ki, gələn il AVRO-2020-nin oyunlarının keçiriləcəyi möhtəşəm Bakı Olimpiya Stadionu həm də Avropa klub futbolunun ən gözəl hadisələrindən birinin məkanı olmağa hazırdır: “Hamımız daha bir möhtəşəm Avropa Liqası mövsümünün zirvə nöqtəsini səbirsizliklə gözləyirik. Azarkeş və bitərəf müşahidəçilər keçən bir neçə ay ərzində sərgilənmiş oyunları həyəcanla izləyib. Saysız-hesabsız və gərgin mübarizə şəraitindəki oyunlardan sonra kubok uğrunda mübarizə aparan sadəcə iki komanda qalıb. Bakıya gəlişləri onların necə də yüksək keyfiyyətlərə malik olduqlarından xəbər verir. Paytaxt sakinləri hər kəsi qarşılamaq imkanından zövq alır və iki komandanın azarkeşləri, şübhəsiz ki, çox coşqun və unudulmaz ab-havanın yaradılmasına kömək edəcəklər”.

UEFA rəhbəri final oyununa ev sahibliyi etdiyi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) təşəkkür edib: “AFFA və xüsusilə onun prezidenti Rövnəq Abdullayevə bu final oyununa ev sahibliyi etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Hər iki tərəfə qarşılıqlı hörmət və ədalətli oyun ruhunda keçiriləcəyinə ümid etdiyim oyunda uğurlar arzulayıram”.

Qeyd edək ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq.

Publika.az xəbər verir ki, Albert çayında futbolçu və azarkeşləri aparan qayıq batıb.
Nəticədə 30 nəfər ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, qayıqda 50-dən çox sərnişin olub. Buna görə tələfatın böyüyəcəyi ehtimal edilir. 

Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbilə hadisə yerinə vaxtında gedə bilməyib.

Hadisənin şiddətli külək səbəbilə baş verdiyi bildirilir.

Hadisə yerindən 10 nəfər sağ xilas edilib, ölən 30 nəfərin cəsədi sudan çıxarılıb.

Portuqaliya Sequndasında mövsümə yekun vurulub. 

Qol.az  xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril” son oyununa çıxıb.

Komanda 34-cü turda doğma meydanda “Famalikao”a qalib gəlib - 2:1. “Eştoril” bununla mövsümü 54 xalla 18 komanda arasında 3-cü pillədə başa vurub. Renat cəzalı olduğu üçün son turda iştirak etməyib.

"Yuventus" baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayıracaq.

Milli.Az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda növbəti mövsümdə Alleqrinin "Yuventus"a rəhbərlik etməyəcəyi bildirilib.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2014-cü ildən "Yuventus"u çalışdırırdı. O, "qoca sinyora"nın baş məşqçisi kimi ardıcıl 5 il İtaliya çempionu olub.

 

 

İngiltərənin "Arsenal" klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirak etməyəcək.

 

Addim.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

 

 

Mənbənin məlumatına görə, "topçular" mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamayacaq və onu "təhlükəsizlik" səbəbindən Londonda saxlayacaqlar. Klub rəhbərliyi hesab edir ki, guya erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə bağlı yaranan ab-hava, final matçı öncəsi komandaya mənfi təsir göstərə bilər.

 

Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə bilər.

 

Həmçinin Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

Portuqaliyalı superstar Kriştiano Ronaldo bu dəfə müsəlmanların könlünü fəth edib.

Addim.az xəbər verir ki, ulduz futbolçu Fələstinə 1,5 milyon avro göndərib.
 
Ronaldo bu jesti Ramazan ayı münasibətilə edib. O, Fələstində yaşayan müsəlmanların iftar edə bilməsi üçün maddi yardım edib.Xəbəri eşidən bütün dünya müsəlmanları bu addımına görə Ronaldonu alqışlayıb.
 

Qeyd edək ki, Ronaldo dünyanın ən xeyirxah varlı insanlarından biri kimi tanınır. Portuqaliyalı ulduz bu zamana qədər dünya miqyasında müxtəlif problemi olan bir çox yardıma möhtac insana kömək edib. Onun ən çox yardım göndərdiyi ölkə isə Fələstindir.(publika)

“Sabah” klubu 5 futbolçusu ilə vidalaşıb.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, Vanderson Silva, Tərlan Əhmədli, Bəxtiyar Soltanov, Novruz Məmmədov və Tərzin Cahangirov göndərilib. Futbolçuların başa çatan müqavilələri yenilənməyib.

“Sabah” Premyer Liqanın son mövsümünü 7-ci pillədə başa vurub.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin mövsümün sonunda klubdan ayrılacaq.

Publika.az xəbər verir ki, bu iddia İtaliya mətbuatında yer alıb.

Xəbərə görə, 54 yaşlı mütəxəssis son mövsümlərdə çalışdırdığı komandalarda uğur qazandığına görə İtaliya klublarından da təklif ala bilər.

Qeyd edək ki, "Neftçi" bu mövsüm R.Bordinin rəhbərliyi altında ölkə çempionatını ikinci pillədə başa vurub və Avroliqaya vəsiqə qazanıb.

Olimpiya çempionumuz Toğrul Əsgərov müəyyən aradan sonra sərbəst güləş karyerasını bərpa edib.
Addim.az xəbər verir ki, o, bunu oxu.az-a açıqlamasında özü təsdiqləyib.
"Artıq şəxsi problemlərim geridə qaldı. Komandaya qoşulmuşam. Özümü 73 kq çəki dərəcəsində sınamağı düşünürəm. Ola bilsin ki, gələn ay Minskdəki Avropa Oyunlarında qayıdışım rəsmiləşsin. Amma bu, dəqiq deyil. Sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcəyəm. İndi bütün diqqətimi güləşə və Olimpiya çempionu olmağa yönəltmişəm".
O, oktaqonda paylaşdığı şəkillərə də aydınlıq gətirib:
"MMA ilə peşəkar şəkildə məşğul olmaq fikrim yox idi. Sadəcə olaraq, güləşdən aralı qaldığım müddətdə yaxın dostların idman zalında məşq edirdim".

 

 

Təbrizin “Traktor” futbol komandası bu mövsümdə İran Superliqasında ən çox azarkeşi olan klub ünvanını qazanıb.

 

Axar.az xəbər verir ki, bu mövsüm klubun oyunlarını stadiondan izləyənlərin sayı 653 min nəfər olub. “Səhənd” stadionunda baş tutan “Traktor” – “İstiqlal” oyunu 90 min azarkeşlə mövsümün, eləcə də Təbriz klubunun ən çox azarkeşi olan matç kimi müəyyənləşdirilib.

 

“Traktor”dan sonra Tehran şəhərinin klubları “Perspolis”in oyununu 567 min, “İstiqlal”ın oyununu isə 407 min tamaşaçı izləyib.

 

“Perspolis” klubunun bundan sonra bir oyunu qalmış olsa da, oyun 15 min nəfərlik stadionda baş tutacağı üçün komandanın “Traktor”u geridə qoyma ehtimalı yoxdur. 

Meksikalı professional güləşçi "Silver King" (Gümüş kral) ləqəbli Cuauhtemoc Gonzalez Baron yarış zamanı ölüb.
Atatv.az xəbər verir ki, güləşçinin infarkt keçirdiyi bildirilir.

Turnir zamanı əvvəlcə hər şey qaydasında olub. Lakin zərbələrdən yerə yıxılan Baronun rəqibi Juventuud Guerrera onun sinəsinə təpiklə vurub. Bundan sonra isə "Silver King" bir daha ayağa qalxa bilməyib.

Sonradan verilən açıqlamada onun yarış zamanı infarktdan öldüyü bildirilir.

İngiltərə "Arsenal”ının baş məşqçisi Unay Emeri komandanın futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakının nə dərəcədə mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirib.


Bunu siyasi məsələ adlandıran ispaniyalı mütəxəssis Azərbaycan və Ermənistan arasındakı problemdən xəbərsiz olduğunu açıqlayıb. Lakin o, Mxitaryanın həlledici qarşılaşmada iştirakı üçün əllərindən gələni edəcəklərini söyləyib: "Bu gün Mxitaryan yaxşı çıxış etdi. Əlimizdən gələn hər şeyi etməyə hazırıq ki, Henrix finalda oynasın. Amma mən bunun siyasi problemlə əlaqədar nə dərəcədə mümkünlüyündən və iki ölkə arasındakı problemin nə olduğundan həqiqətən də xəbərsizəm. Bu, məndən asılı məsələ deyil və həlli yolunu çox da yaxşı bilmirəm. Amma biz finalda Mxitaryanın olmasını istəyirik və mümkün olan hər şeyi edəcəyik ki, o, Bakıda olsun”.


Qeyd edək ki, "Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi” ilə üz-üzə gələcək
 

Rusiyada kişi boksçular arasında "Sankt-Peterburq qubernatorunun kuboku”nda yarımfinal mərhələsi yekunlaşıb.


10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin iki idmançısı finalda iştirak hüququ qazanıb. 


52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə rusiyalı Elbrus Soltuxanovu məğlub edib. Həmyerlimiz rəqibinə 3:1 (27:29, 29:27, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. M. Yusifzadə həlledici görüşdə monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gələcək. 


Onun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. Yığmamızın liderlərindən olan boksçu erməni Qurgen Hovannisyana gücünü göstərib. M. Abdullayev də komanda yoldaşı Rahil Məmmədli kimi, Ermənistan təmsilçisini 4:1 (30:27, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz finalda moldovalı Aleksey Zavatini sınağa çəkəcək. 

"Liverpool"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakıda təşkilinə münasibət bildirib.
 

Goal.az xəbər verir ki, almaniyalı mütəxəssis bunun düzgün qərar olmadığını düşünür:

"Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdir. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın. Qərar daha məqbul olmalıdır".
 
Klopp Bakı ilə Çempionlar Liqasının final görüşünün keçiriləcəyi Madrid şəhərini də müqayisə edib: "Bakı? Ora necə getmək, mütəmadi reyslərin olması barədə anlayışım yoxdur. Belə qərarlar daha şüurlu verilməlidir. İndi bu qərar məsuliyyətsiz təsiri bağışlayır. Qərarların necə verilməsini bilmirəm. Şəhərlərdə qiymətlərin endirilməsinə razı olmalıdılar ki, hər şey müəyyən kateqoriyada olsun. Madridə gəlincə, eşitmişəm ki, orda adətən 100 funt-sterlinqə götürə bildiyiniz mənzil üçün indi 2700 funt-sterlinq ödəməlisiniz. Bu ağlasığmazdır. Nə deyə bilərəm? Azarkeşlər üçün çox təəssüflənirəm”.
 

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda Arsenal-la Chelsea arasında keçiriləcək. Liverpool - Tottenham finalı isə iyunun 1-i Madridin "Vando Metropolitano" stadionunda keçiriləcək.

16 -dən səhifə 16
Top