İDMAN (315)

Ukraynalı  jurnalisti Roman Bebex hazırda "Səbail”də oynayan Maykl Essyenlə müsahibə üçün Bakıya səfər edib.

Qol.az-ın məlumatına görə, Yutubdakı "Bombardir” kanalı üçün hazırlanan geniş reportajda Bayıl qəsəbəsindən fraqmentlərə də yer verilib. Bundan başqa, "Səbail” klubunun rəsmisi də reportajda fikirlərini bildirib. O deyib ki, Essyenin "Səbail”ə transferi sırf təsadüf nəticəsində alınıb. O, bu məsələnin Essyenin Bakıya səfəri zamanı yemək masası arxasındakı söhbət zamanı həll olunduğunu söyləyib. "Ona burda oynayarsanmı deyə fikrini soruşduq. O da müsbət cavab verdi” deyə klub rəsmisi Ramin Həsənov bildirib.

 

Reportajın gedişatında jurnalist və Essyen Bakının mərkəzi hissəsində gəzintiyə çıxıb, eləcə də bazarlardan birində alış-veriş də ediblər.

Essyen "Çelsi”də çıxış etdiyi vaxt komandanın baş məşqçisi olmuş Joze Mourinyo ilə aralarındakı maraqlı dialoq haqda da danışıb:

"Qana millisinin düşərgəsindən qayıtmışdım. "Vest Bromviç”lə oyunumuz vardı. Oyun saat 12.00-da başlayırdı. Start heyətdə idim və pis oynayırdıq. Fasilədə hamımız yorğun idik. Mourinyo mənə dedi ki, hər şey yaxşıdır? Dedim, belə də. Cavab verdi ki, onda özünü ələ al, sənə 35 milyon pul vermişik, bu nə mənasız oyundur oynayırsan (gülür)”.

Müsahibədə "Səbail” klubunun fəaliyyəti barədə də danışılıb.

Reportaja aşağıdakı videoda baxa bilərsiniz

 

Kataloniyanın “Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messinin bud əzələsində dartılma qeydə alınıb. 

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş güləş üzrə Olimpiadaya lisenziya xarakterli dünya çempionatında iki millimiz Dünya Kubokuna vəsiqə qazanıb.

UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında VAR-la (hakimin video assistenti) bağlı da yeni qərar qəbul edilib.

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman istefa verib. 

Meksika futbolunun tanınmış simalarından olan Rafael Markes  “Sevilya”nın oyunçusu Xavyer Ernandesin (Çiçarito) Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a vurduğu qoldan danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, cərimə zərbəsindən vurulan qolu belə şərh edib:

 

“Düşünürəm ki, Çiçarito “Sevilya”da özünə inam qazanıb. O, ən yaxşı formasını bərpa edəcək. Çiçarito bunu "Qarabağ"la oyun vurduğu qolla sübut etdi Qrup mərhələsində güclü mübarizə olur. Ümid edirəm ki, onlar mərhələ keçməyi bacaracaqlar. Çiçarito məni təəccübləndirməkdə davam edir. O, hər epizoddan qol vurmağı bacarır. Ona heyranam və ümid edirəm ki, belə də davam edəcək”.

FIFA İtaliyanın Milan şəhərində 2019-cu ilin ən yaxşılarını açıqlayacaq.

27 senytabr – 6 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatı keçiriləcək.

Oxu.Az-a Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, bu yarışda baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında dörd idmançı ölkəmizi təmsil edəcək.

Bunlar Nazim Babayev, Aleksis Kopelyo (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidandır (çəkic atma).

 

Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün keçiriləcək "Zirə" - “Qarabağ”  oyunu canlı yayımlanacaq.

Qol.az-ın məlumatına görə, matç "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

 

Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev növbəti təsəlliverici görüşünə çıxıb.

Qol.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan idmançımızın rəqibi (Yaponiya) dünya çempionu Takuto Otoquro olub.


3 qat dünya və 3 qat Avropa çempionumuz 9:11 hesabı ilə uduzaraq, lisenziya və medalsız qalıb.

Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında 3 qat dünya çempionumuz Hacı Əliyev xalça üzərinə çıxıb.
"Qafqazinfo” xəbər verir ki, favoritlərdən olan idmançımız hakim haqsızlığı ilə üzləşərək mübarizəni erkən dayandırıb. 
Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşə pis başlasa da, sonradan üstünlüyü ələ alıb.

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

Azərbaycanın sərbəst güləş üzrə milli komandası dünya çempionatının keçirildiyi Qazaxıstanın paytaxtı Nur-Sultana baş məşqçisiz gəlib.

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

Qol.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında 8 görüş keçiriləcək. Turnirin son qalibi "Liverpul" İtaliya səfərində “Napoli” ilə qarşılaşacaq.

Ağdamın “Qarabağ” klubu iki rekorda imza atıb. Redaktor.az-ın məlumatına görə, son Azərbaycan çempionu Premyer Liqanın IV turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edərək ardıcıl 12-ci qələbəsini qazanıb. Ötən mövsümün son 8 matçında xal itirməyən ağdamlılar cari mövsümdə daha 4 görüşdə qalib gəliblər. Sonuncu dəfə martın 9-da “Zirə” ilə oyunda xal itkisi ilə (0:0) üzləşən Qurban Qurbanovun yetirmələri bununla da klub tarixinin rekorduna imza atıb. Bunadək “Qarabağ”ın Azərbaycan çempionatlarındakı ən uzun qələbə seriyası 11-ə bərabər idi. Bu, 2016-cı ilin mart-may aylarında qeydə alınmışdı.Ağdam klubu startda ardıcıl 4-cü quruhesablı qələbəsini qazanıb. Əyalət təmsilçisi tarixində ilk dəfə mövsümün əvvəlində qol buraxmadan dörd oyunu itkisiz başa vurub. “Qarabağ” bunadək üç dəfə çempionatın ilk dörd turunda qələbə seriyasına imza atsa da, hər dəfə ən azı 1 qol buraxıb. İki mövsümdə startda üç quru hesablı qələbəsi olan komandanın seriyası IV turda qırılıb.Qeyd edək ki, məğlubiyyətsiz oyunlarının sayını 24-ə çatdıran “Qarabağ” klub tarixinin rekord seriyasını davam etdirib.

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Addim.az-ın apa.az-a istinadən məlumatına görə, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67, 87 və 97 kq-da mübarizə baş tutacaq. 

Azərbaycan daha bir dünya çempionatına ev sahibliyi edəcək.
Addim.az xəbər verir ki, 8-9 noyabr tarixində Bakıda yeniyetmələr, gənclər və veteranlar arasında qrapplinq üzrə dünya çempionatı keçiriləcək. 

“Mənim İspaniya pasportum var. İspaniya millisində oynamaq mümkün olsa da, çətindir”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan millisinin və Sequnda təmsilçisi “Albasete”nin futbolçusu Eddi İsrafilov “Marca” qəzetinə müsahibəsində deyib.

Binəqədi Rayon Polis idarəsinin əməkdaşları məşhur futbolçu, "Qarabağ” futbol klubunun hücumçusu Mahir Emrelinin evini soymaqda şübhəli bilinən şəxsləri müəyyənləşdirib.

"Xorvatiya ilə matçda biz  böyük mübarizə apardıq və bütün ölkəni sevindirdik. Bu pozitiv hissi özümlə "Erzgebirge"yə gətirdim. Özümü yaxşı hiss edirəm. Uels və Xorvatiyaya qarşı matçlarda demək olar ki, sonadək meydanda oldum. Nəticədə vacib oyun vaxtı qazandım".

10 -dən səhifə 16
Top