Messi koronavirusla mübarizə fonduna yarım milyonluq yardım etdi
Xüsusi

12 May 2020

 

Argentina millisinin və İspaniya "Barselona"sının kapitanı Lionel Messi ölkəsinə maddi yardım göstərib.

Report xəbər verir ki, 33 yaşlı hücumçu koronavirusla mübarizə fonduna 500 min avro ianə edib.

Bu vəsait tibb işçiləri üçün qoruyucu avadanlıq, istehlak materialları və süni nəfəs aparatlarının alınmasına xərclənəcək.

Qeyd edək ki, Argentinada virusa ümumi yoluxanların sayı 6 034 nəfərə, ölənlərin sayı isə 305-ə çatıb.

 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top