Azərbaycan klubu koronavirusa görə oyunçusu ilə vidalaşdı
Xüsusi

19 Mart 2020

 

"Azərreyl" komandası qadın voleybolçusu Pismaht Dorislə yollarını ayırıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda koronavirusla bağlı Azərbaycan çempionatında yaranmış fasilə ilə əlaqədar olaraq Pismaht Doris ilə müqaviləni sonlandırmaq qərarına gəlib.

 

Xorvatiyalı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.

"Bu komandada peşəkar məşqçi və oyunçu heyəti ilə çalışmaq mənim üçün böyük uğur idi. Yenidən Azərbaycanda görüşmək ümidilə...” deyə Doris bildirib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top