FIFA bundan sonra klubları cəzalandırmayacaq
Xüsusi

14 Mart 2020

FIFA mart və aprel aylarında milli komandalara futbolçularını buraxmalı olan klubları cəzalandırmayacaq.

Addim.az xəbər verir ki, futbol üzrə ali qurum koronavirus pandemiyasına görə milli federasiyalara yoldaşlıq oyunları keçirməməyi və planlaşdırılmış matçları təxirə salmağı tövsiyə edib.

 

Qeyd edək ki, UEFA martın 17-də videokonfrans keçirərək Avropa futbolunun gələcəyi ilə bağlı qərar verəcək. Gözlənilir ki, dörd oyunu Bakıda keçiriləcək AVRO-2020 bir il sonraya təxirə salına bilər. 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top