Çempionlar Liqasının 2 oyunu təxirə salınıb - RƏSMİ
Xüsusi

13 Mart 2020

 

Matçların yeni tarixi barədə açıqlama verilməyib

Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" (İngiltərə) və "Real Madrid" (İspaniya), həmçinin "Lion" (Fransa) və "Yuventus" (İtaliya) komandaları arasında martın 17-də keçirilməli olan cavab oyunları koronavirus pandemiyasına görə təxirə salınıb.

AYNA-nın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb. Hələlik matçların yeni tarixi barədə açıqlama verilməyib.

İlk oyunda "Mançester Siti" səfərdə "Real Madrid"i 2:1, "Lion" isə evdə "Yuventus"u 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, UEFA daha əvvəl Avropa Liqasının 1/8 final mərhələsinin 2 oyununu eyni səbəbdən təxirə salıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130 238-ə çatıb. Bunların 68 677 nəfəri sağalıb, 4 756 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top