Güləşçilərimizin Olimpiadaya lisenziya qazanmaq istəyi təxirə düşdü
Xüsusi

11 Mart 2020

 

19-22 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılmış güləş üzrə Avropa Olimpiya Lisenziya Turniri təxirə salınıb.

Addim.az-ın xəbərinə görə, bu gün Macarıstanın baş naziri Qerqey Qulyaş keçirdiyi mətbuat konfransında koronavirusla bağlı bəzi məsələlərə aydınlıq gətirib. Bundan sonra Macarıstan hökuməti və Ümumdünya Güləş Birliyi bu yarışı təxirə salmaq barəsində qərar verib.

 Yarışın koronavirus təhlükəsinin azalmasından asılı olaraq, aprel-may aylarında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan güləşçiləri Olimpiadaya lisenziya qazanmaq üçün bu yarışda mübarizə aparmalıydı. Güləşçilərimiz artıq gələn həftənin əvvəlindən Budapeştə yollanmalıydı.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top