“Barselona” təlxəklər klubudur” – Dünya çempionundan sərt sözlər
Xüsusi

07 Fevral 2020

 

“Barselona”nın sabiq futbolçusu Kristoff Düqarri klubun hazırkı rəhbərliyini tənqid edib.

Qo.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisini “təlxəklər klubu” adlandırıb:  “Onlarda hər şey tərsinədir. Məsələn, Koutinyo və Dembeleni aldılar, indi isə satmağa hazırdırlar. Məndə belə bir təəssürat yaranıb ki, klubun uzunmüddətli layihəsi yoxdur. İndi onlar üçün prioritet yeni müddət üçün prezident seçməkdir. Klubda fikir-ayrılıqları var.  “Barselona”nın problemi çoxdur. Klubda peşəkarlıqdan uzaq xeyli insan toplaşıb”.

 

Qeyd edək ki, 1998-ci ildə Fransa millisi ilə dünya çempionu olan Düqarri 1997-98 mövsümündə “Barselona”da oynayıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top