"Barselona"nın yeni baş məşqçisi kim olacaq?
Xüsusi

14 Yanvar 2020

 

Ernesto Valverde ilə yolları ayıracağı gözlənilən “Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.

Addim.az ”Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya klubunu Kike Setyen çalışdıracaq.  Bildirilir ki, ispaniyalı çalışdırıcı ilə mövsümün sonuna qədər müqavilənin şərtləri razılaşdırılıb.

Qeyd edək ki, Setyenin son iş yeri “Betis” olub. O, daha əvvəl “Rasinq”, “Las Palmas”  kimi klubları, Ekvatorial Qvineya millisini də çalışdırıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top