“Qarabağ”ın daha bir futbolçusu sıradan çıxdı
Xüsusi

10 Oktyabr 2019

“Qarabağ”ın legioneri Simeon Slavçev Bolqarıstan millisinin AVRO-2020-nin seçmə mərhələsində sabah Monteneqro ilə oyununda iştirak etməyəcək.

 

Oxu.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi xəstələndiyi üçün Podqoritsaya aparılmayıb. 

 

Baş məşqçi Krasimir Balakov Simeon Slavçevin Sofiyada qalmasına qərar verib.

Qeyd edək ki, “Qarabağ”da Mahir Emreli zədəli olduğundan, Bəhreyn və Macarıstanla oyunlar üçün nəzərdə tutulmuş heyətdən çıxarılıb. Qara Qarayev də zədəli olduğundan, dünən Bəhreynlə oyunda meydanda olmayıb. Bundan başqa, ispaniyalı Xayme Romero zədə üzündən kollektiv məşqlərə yenicə qoşulmağa başlayıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top