Mourinyo Premyer Liqaya qayıda bilər
Xüsusi

09 Oktyabr 2019

Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Addim.Az goal.az-a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin "Tottenhem"ə rəhbərlik etmək ehtimalı var. Klub idarəçiləri komandanın hazırkı baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərəcəyi təqdirdə, əsas namizəd qismində Mourinyonu görürlər.

Ötən mövsüm Çempionlar Liqasının finalçısı olan "Tottenhem" hazırda İngiltərə Premyer Liqasında 8 oyundan 11 xalla 9-cu sıradadır. Poçettinonun London təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar "Mançester Yunayted"in baş məşqçi postundan kənarlaşdırılmış Mourinyo İngiltərənin "Çelsi" klubunu da çalışdırıb. O, daha əvvəl "Portu" (portuqaliya), İtaliyada "İnter" (İtaliya), "Real Madrid" (İspaniya) klublarını çalışdırıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top