Avropa çempionatında iştirak edəcək 12 karateçimizin adı bilindi
Xüsusi

30 Mart 2021

 

19-23 mayda Xorvatiyanın Poreç şəhərində keçiriləcək karate və para karate üzrə Avropa çempionatında millimizin heyətinin çox hissəsinə aydınlıq gəlib.

Azərbaycanın 12 idmançısının Adriatik dənizinin sahilində keçiriləcək qitə birinciliyində iştirakı artıq rəsmiləşib.

Kişilərin kumite yarışında 60, 67 və 84 kq-da kimlərin mübarizə aparacağı hələ ki dəqiqləşməyib.

Kata (fərdi): Neda Rezai, Roman Heydərov

Kata (komanda): Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev

Kumite (qadınlar): Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)

Kumite (kişilər): Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq).

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top