“Yuventus” ardıcıl doqquzuncu dəfə İtaliya çempionu oldu - VİDEO
Xüsusi

27 İyul 2020

 

İtaliyanın “Yuventus” klubunun futbolçuları vaxtından əvvəl ölkə çempionluğunu bayram ediblər.

 

“İnterfaks” xəbər verir ki, öz meydanında “Sampdoriya” üzərində qələbə qazanan “Yuventus” (2:0) sona iki tur qalmış ardıcıl doqquzuncu çempionluğu qeyd edib.

Ümumilikdə isə, “Qoca sinyora” 36 dəfə futbol üzrə İtaliya çempionatının qızıl medallarına sahib çıxıb.

[media=https://youtu.be/H7Vn6NHRqyw]

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top