AAAF-da qalmaqal davam edir - Tofiq Heydərov atletlərdən küsüb
Xüsusi

22 İyul 2020

 

Pandemiya dövründəki çətinliyə baxmayaraq Azərbaycan Ağır Atletika Federasiyası millinin idmançılarının taleyi ilə maraqlanmamağa davam edir.

Unikal.org-un əldə eydiyi məlumata görə, şəraitsizlik və maaşla bağlı sonuncu  videomüraciətindən sonra da atletlərin vəziyyəti əvvəlki kimi qalır.

 

Belə ki, AAAF rəsmiləri ağır atletlərdən hər şeyi gizli saxlayır. İdmançılara bu gedişlə vəziyyətlərinin necə olacağı ilə bağlı məlumat verilmir.

Federasiya 5 aydır ki, milli komanda üçün təlim-məşq toplanışları təşkil etmir. İdmançıların durumları ilə zəng edib maraqlanılmır.

Məşqsiz və vitaminsiz qalan idmançıların vəziyyəti gün keçdikcə daha da ağırlaşır.

Bundan əlavə idmançılar hələ də maaş problemi yaşamağa davam edirlər. Belə ki, bəzi idmançılara maaşlar ödənilsə də, 100 manat əskik verilib.

Milli komandanın digər üzvlərinə isə söz verilməyinə baxmayaraq, hələ də məvacib ödənilmir.

Məlumatda o da bildirilir ki, Tofiq Heydərov şikayətlərini dilə gətirərək videomüraciət edən idmançılarla münasibəti kəsmək qərarına gəlib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top