HADİSƏ (861)

09:14

Şamaxı rayonunda vulkan püskürüb.

Addim.Az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov məlumat verib.

İcra nümayəndəsi bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb".

B.Bəhramov deyib ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.

Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü.

---------

08:56

Şamaxı rayonunda vulkan püskürüb.

Addim.Az report-a istinadən bildirir ki, təbii hadisə rayonun dağlıq Quşçu kəndində qeydə alınıb.

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

Muxalifet.az etibarlı mənbəyə istinadən xəbər verir ki, sabiq rektor ötən həftənin şənbə günü yüksək qan təzyiqi ilə bağlı Mərkəzi Kliniki Xəstəxanaya müraciət edib. Həyatı üçün ciddi təhlükə olduğundan, A.Məhərrəmov dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mənbə deyir ki, sabiq rektor iki gün reanimasiyada qaldıqdan sonra səhhətində nisbətən yaxşılaşma qeydə alınıb və palataya köçürülüb. Hazırda səhhətinin normal olduğu bildirilir.
Sabiq rektora Allahdan şəfa diləyirik.

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Addim.Az report-a istinadən xəbər verir ki, hadisə gecə saat 3:00 radələrində rayonun Şahsoltanlı kəndi ərazisində yerli sakin Mustafa Əmirova məxsus fərdi təsərrüfatda qeydə alınıb.

Dərhal əraziyə FHN-in Göyçay və Ağsu Dövlət Yanğından Mühafizə hissəsinin texnika canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1200 kvadratmetr ərazinin 400 kvadrat çardaq hissəsi və 20 tondan çox ot bağlaması yanıb.

Təsərrüfat sahibinin sözlərinə görə, əvvəlcə fermaya naməlum şəxslər basqın edib, lakin oğurluq edə bilmədikləri üçün fermya od vuraraq qaçıblar.

Faktla bağlı araşfırma aparılır.

Daha əvvəl Qaxda saunada yanğın baş verib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Quşçu Ayrım kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Şirvanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli və Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Ölkə.Az” xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub və Ərəstun Ərəbov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov işlədiyi metal qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynova küt alətlə vuraraq qətlə yetirib. Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub. Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildiriblər.

Qeyd edək ki, yaxınlarının bildiridiyinə görə Q.Hüseynov 3 gün sonra hərbi xidmətə getməyə hazırlaşırmış.

Siyəzəndə bir nəfərin ölümü ilə nəticələnən atışma hadisəsi baş verib.

Addim.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayondakı qəbiristanlıqlardan birində olub.

Hadisənin namus üstündə baş verdiyi deyilir və Elşən Qədirli qətlə yetirilib.

Cinayəti törədən şəxs həbs olunub.

Faktı Siyəzən Rayon Prokurorluğu təsdiqləyib.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Addim.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. Anar Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı Anar Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

Anar Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məşhur britaniyalı reper "Cadet" təxəllüsü ilə tanınan Bleyn Conson dünyasını dəyişib.

Addim.Az Axar.az-a istinadən xəbər verir ki, reperin mindiyi taksi qəzaya uğrayıb. Kilski universitetində konsertə yollanan reper aldığı travmadan yerindəcə həlak olub.

Biləsuvar rayonunda yeniyetmə intihar edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çinarlı kəndində baş verib.

2004-cü il təvəllüdlü Həsənov Asəf Xeyrulla oğlu özünü qonşunun bağında asaraq həyatına son qoyub.

 

Bildirilir ki, yeniyetmənin valideynləri onu axşamdan axtarıblar və yalnız səhər saatlarında meyitini qonşunun bağında aşkar ediblər.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Addim.az Report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
 
Elan olunmuş ittiham üzrə E.Babayev özünü təqsirli bildiyini deyib. O, sərbəst ifadəsində törətdiyi əməli etiraf edib.
 
Məhkəmənin növbəti iclası gələn həftə keçiriləcək.
 
İttiham aktına əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxardacağı vədi verib.
 
E.Babayev iş adamına bildirib ki, qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacaq. Həmçinin o, Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov vasitəsi ilə işi A.Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edib. E.Babayev 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın R.Rəhimovun deyil, onların sürücüsünün adına rəsmiləşdirilməsini həll edəcəyinə söz verib. Lakin o verdiyi vədə əməl etməyib.
 
Qəza hadisəsi ictimailəşdiriləndən sonra müstəntiq V.Abbasov işdən çıxarılıb.
 
Məlumata görə, A.Rəhimov sahibi olduğu "Yeganə" şadlıq sarayında E.Babayevlə görüşüb. E.Babayev restoranda onunla danışdıqdan sonra 52500 manat pulu alması ilə bağlı müqaviləyə də imza atıb.
 
A.Rəhimov elə şadlıq sarayında hüquq-mühafizə orqanlarının əməkdaşlarını dəvət edərək E.Babayevdən şikayətçi olub.
 
E.Babayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb, barəsində küllü miqdarda dələduzluq və külli miqdarda rüşvət alma maddəsi ilə ittiham edilib.
 
Məlum olub ki, o, A.Rəhimvdan başqa, Elvar Xəlilovaya da qarşı dələduzluq əməli törədib.
 
Qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra 20 gün sonra R.Rəhimov saxlanılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.
 
Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Addim.az Report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
 
Elan olunmuş ittiham üzrə E.Babayev özünü təqsirli bildiyini deyib. O, sərbəst ifadəsində törətdiyi əməli etiraf edib.
 
Məhkəmənin növbəti iclası gələn həftə keçiriləcək.
 
İttiham aktına əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxardacağı vədi verib.
 
E.Babayev iş adamına bildirib ki, qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacaq. Həmçinin o, Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov vasitəsi ilə işi A.Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edib. E.Babayev 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın R.Rəhimovun deyil, onların sürücüsünün adına rəsmiləşdirilməsini həll edəcəyinə söz verib. Lakin o verdiyi vədə əməl etməyib.
 
Qəza hadisəsi ictimailəşdiriləndən sonra müstəntiq V.Abbasov işdən çıxarılıb.
 
Məlumata görə, A.Rəhimov sahibi olduğu "Yeganə" şadlıq sarayında E.Babayevlə görüşüb. E.Babayev restoranda onunla danışdıqdan sonra 52500 manat pulu alması ilə bağlı müqaviləyə də imza atıb.
 
A.Rəhimov elə şadlıq sarayında hüquq-mühafizə orqanlarının əməkdaşlarını dəvət edərək E.Babayevdən şikayətçi olub.
 
E.Babayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb, barəsində küllü miqdarda dələduzluq və külli miqdarda rüşvət alma maddəsi ilə ittiham edilib.
 
Məlum olub ki, o, A.Rəhimvdan başqa, Elvar Xəlilovaya da qarşı dələduzluq əməli törədib.
 
Qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra 20 gün sonra R.Rəhimov saxlanılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.
 
Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.

Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra" ləqəbli terroçu Mikail Avakyana abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olub.

Bununla əlaqədar Gürcüstan azərbaycanlıları bu gün - fevralın 8-də Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirəcəklər. Aksiyaya rəsmi şəkildə icazə də verilib.

Addim.Az xəbər verir ki, Gürcüstandakı Vahid Milli Hərəkat Partiyasının üzvü,  ölkə parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov aksiya barədə modern.az-a açıqlama verib.

"Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulmasına etiraz olaraq bu gün saat 2-də Gürcüstan parlamentinin qarşısında  aksiya keçiriləcək",-deyə deputat bildirib.

Deputat qeyd edib ki, aksiyaya təkcə azərbaycanlılar qoşulmayacaq:

"Aksiyaya qoşulanlar arasında təkcə azərbaycanlılar yox, gürcülər də olacaq. Çünki bu məsələ əsasən gürcülərin problemidir. Gürcüstanın 20% torpağı işğal olunub. Demək olar ki, separatizmdən əziyyət çəkən dövlətdir. Gürcüstan torpağında heç bir separatçıya yer olmamalıdır. O ki qaldı abidə qoyulsun".

Azərbaycanlı deputatın sözlərinə görə, aksiyaya qoşulanlar arasında o özü də olacaq:

"Bir deputat kimi aksiyaya mən də qoşulacam. Əhalinin yanında olmaq mənim də borcumdur. Gürcü ziyalıları, elm adamları da bugünkü aksiyaya qoşulmaq niyyətindədirlər. Bugünkü aksiya dövlətə qarşı yox, separatizmə qarşıdır.  Gürcüstan və Azərbaycan arasında dostluq və qardaşlıq  mövcuddur. Bu tarixən də belə olub. Heç zaman yol vermərik ki, hansısa separatçı buna nail olsun".

Azər Süleymanov Nərimanovun heykəlinin götürülməsi barədə ortaya atılan məsələyə də münasibət bildirib:

"Nərimanovun abidəsinin götürülməsi məsələsi müzakirə mövzusu deyil. Ona görə ki, abidə yerindədir. Sadəcə, məsələ məqsədyönlü şəkildə ortaya atılıb. İnsanların diqqətini Avakyandan Nərimanovun heykəlinə yönəltmişdilər. Bu bir provokasiya xarakteri daşıyır. Müxalifətdə olsam da, onu deyə bilərəm ki, dövlət heykəli götürmək fikrində deyil".

Qeyd edək ki, bir neçə gün bundan qabaq Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulub. Erməni separatçıya abidənin qoyulması etirazlara səbəb olub.

Bundan sonra Nərimanovun Marneulinin mərkəzindəki heykəlinin götqürüləcəyi məsələsi bilərəkdən ortaya atılıb.

Bakıda dəhşətli virusdan gənc tələbə qız dünyasını dəyişib.
 
Bu barədə qızın anası İlhamə İgidova BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da vəfat edib.
 
Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına yerləşdiriblər. Lakin onun vəziyyəti pisləşdiyi üçün sonradan qızı Babək prospektində yerləşən "Bakı Medical Plaza"ya yerləşdiriblər. Lakin həkimlərin səyinə baxmayaraq Nərdanənin həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulubmuş.
 
"Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağ ciyər və ürək çatışmazlığıdır", - deyə vəfat edən qızın anası bildirib.
 
İlhamə İgidova deyir ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa, bu virusdan daha 5 nəfər vəfat edib.
 
"Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir", - deyə İlhamə İgidova bildirib.
 
Qeyd edək ki, dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin "Tarix" fakultəsinə 600 balla daxil olub. Birinci kursda təhsil alırdı. Xəstələndən sonra, bir müddət müalicə alıb. Sonra imtahanlarını verib. Yanvarın 25-də isə vəziyyəti daha da pisləşib və xəstəxanaya aparılıb.
 
Onun "həri"si verilibmiş və bu yaxınlarda nişanlanacaqdı.

 

Abşeronda qətl törətməkdə təqsirləndirilən Fəxri Şahbazlının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
 
"Ölkə.Az” xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
 
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il iyulun 18-də Abşeron rayonu Hökməli kəndi ərazisindəki "At yalı" yaşayış massivində baş verib. Firma işçiləri olan F.Şahbazlı və digər iş yoldaşları su filtri satıb, evə qayıtmağa hazırlaşdıqları vaxt ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb. Həmin gənclərin firma işçiləri olan qadınlara söz atması isə kütləvi davaya səbəb olub.
 
Hadisə zamanı firma işçisi, Bakı şəhər sakini 27 yaşlı F.Şahbazlı avtomobilində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. F.Qurbanov çoxlu qan itirdiyi üçün xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən şəxs isə saxlanılıb.
 
Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Xəbər verdiyimiz kimi, Qax rayonunda yol qəzası baş verib.
 
Addim.az BiG.AZ-a istinadən xəbər verir ki, qəza nəticəsində azərbaycanlı müğənni 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
 
Big.az həmin müğənninin fotolarını təqdim edir:
 



Gürcüstanın Krtsanisi təlim mərkəzində insident baş verib. İnsident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev "Rustavi" klinikasına yerləşdirilib.

Addim.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "Birinci kanal"ı məlumat yayıb. 

Müdafiə Nazirliyindən kanala bildirilib ki, emosional fonda yaranmış sözlü mübahisə zamanı çağırışçılardan birinin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Nazirlik hərbçinin zədə almadığını və yaxın vaxtlarda tibb müəssisəsindən buraxılacağını açıqlayıb. 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Addim.Az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.

Abşeron rayonu Atyalı qəsəbəsində baş verən qəzada yaralananların kimliyi bəlli olub.

Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, yaralıların vəziyyəti stabildir:

“Yaralılar 40 yaşlı İsayeva Alidə Akif qızı, 46 yaşlı Xudiyev Adıgözəl Muxtar oğlu,  43 yaşlı Şahvələdov Cavid Səbirxan oğlu, 1979-cu il təvəllüdlü Xudiyeva Ülviyyə Kamil qızı, 1962-ci il təvəllüdlü Quliyev Əhməd, 1980-cı il təvəllüdlü Nəsirov Həmid İdris oğlu, Sadıqov Şəmsi,  Zeynalova Aygün, İsayeva Çiçəkdir”.

Gəncə şəhərində bacısı qızını qaçırdığı üçün 20 yaşlı gənci öldürən Daşkəsən rayon sakini Bahadur Qasımovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Addim.az teleqraf.com-a istinadən xəbər verir ki, Bahadur Qasımovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabrın 14-də baş verib.

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb.

Hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, BDU-nun 4-cü kurs tələbəsi, 1997-ci il təvəllüdlü Nərmin Sadıqlının fevralın 5-də saat 14:00 radələrində təhsil aldığı təhsil müəssisəsindən çıxdıqdan sonra itkin düşməsi barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə məlumat daxil olub.

Daxil olan məlumat əsasında axtarışlara başlanıb.

Qeyd edək ki, N. Sadıqlı BDU-nun tətbiqi riyaziyyat fakültəsinin 4-cü kursunda oxuyur.

43 -dən səhifə 44
Top