VİDEO (67)

Millət vəkili Ülvi Quliyev karantin günləri ilə bağlı sosial şəbəkədə paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, deputatın paylaşdığı video izləyicilər tərəfindən maraqla qarşılanıb.

Videoda karantin günlərində Bakıdan çəkilmiş görüntülər nümayiş olunur, boş küçələr görünür: “Səbr elə Azərbaycan! Yenə küçələr, parklar, şəhərimiz canlanacaq. Yenə hər kəs işinin başında olacaq. Bayrağımız başımızın üzərində dalğalanacaq. Yenə bütün dünya Azərbaycana toplanacaq. Çünki biz Azərbaycanıq...

Doğmalarımızla bu günlərdə yan-yana gələ bilməsək də, onlarla eyni səma altında olduğumuzu düşünərək səbr edək. Əzizlərimizə qovuşmaq üçün bir müddət daha evlərimizdə qalaq...”

 

 

 

 

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq, Müdafiyə Nazirliyinin bir qrup əməkdaşı videoçarx hazırlayıb.

Oxu.Az xəbər verir ki, nazirlik əməkdaşları çarxda vətəndaşlara özlərinin və ətrafdakıların sağlamlığı üçün evdə qalmağı tövsiyə ediblər.

“Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - çağırışda deyilir.

 

 

“Şeron” qrupunun keçmiş solisti, tanınmış müğənnni İntizar Məmmədzadənin qızı qəzaya düşüb.

Addim.az-ın məlumatına görə, bu barədə o, “Vesti.az”a açıqlamasında bildirib. Sənətçi hadisənin Moskvada ticarət mərkəzlərinin birində qeydə alındığını deyib.

9 yaşlı Əsməray doğum günündə kartinq sürərkən divara çırpılıb. Nəticədə azyaşlının iki böyrəyi, bir dalağı və mədəaltı vəzisi zədələnib.

Məmmədzadə qızının 4 gün reanimasiyada qaldığını, hazırda da Moskva klinikalarının birində müalicə aldığını söyləyib.

O, sözügedən mərkəzin təhlükəsizlik qaydalarına əməl etməyərək qızına kəmər taxılmadığını bildirib. İntizar yaxın günlərdə məsələ ilə bağlı prokurorluğa şikayət ünvanlayacağını qeyd edib. //Axeber.az

İntizarın 9 yaşlı qızı kartinqdə divara çırpıldı

1 -dən səhifə 4
Top