“Eurohome” bağlanır – Sahibkarlar etiraz edir - VİDEO
Xüsusi

20 May 2020

 

"Eurohome” ticarət mərkəzində mayın 11-də baş verən yanğından sonra sahibkarlara bazarın nə vaxt fəaliyyətə başlayacağının bəlli olmadığı deyilib. Buna görə də bu gün 50-yə yaxın sahibkar bazarın ərazisində toplaşaraq etiraz ediblər.

Sahibkarlardan biri Rasim Musayev bildirib ki, bu gün onlara artıq işləməyəcəkləri deyilib: "Bazarın sahibi Azər Möhlətov gəlib dedi ki, istintaq gedir deyə bazar işləməməlidir. Amma nə vaxta qədər işləməyəcəyini demirlər. Bizim dükanlara aidiyyatı olmayan yerdə 4-5 mağaza yanıb. İstintaq orada işini görsün, imkan versinlər biz də işləyib çörəyimizi qazanaq”.

Rövşən Əliyev qeyd edib ki, "Sədərək” Ticarət Mərkəzində dəfələrlə yanğın baş versə də, o bazar bir dəfə də bağlanmayıb. Sahibkar Əhməd Nəsibov isə onlara mallarını mağazalardan çıxarmaq tapşırılıb: "Bu o deməkdir ki, bazar bağlanır. Bizə deyirlər gedin başınıza çarə tapın”.

Sahibkarlar bildiriblər ki, bura yığışmaqda məqsədləri odur ki, istintaq və istintaqa nəzarət edən şəxslər onlara işləməyə icazə versinlər.Qafqazinfo
 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top