Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi
Xüsusi

16 May 2020

 

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin keçmiş müavini, general Əfqan Nağıyev və onun tabeliyində olan dörd vəzifəli şəxs barəsində məhkəmə qərarı verilib.

Qafqazinfo-nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onların hər biri barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 
 

Ə.Nağıyevlə birlikdə DSX-nin Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə və mütəşəkkil dəstə tərəfindən rüşvət alma maddələri ilə ittiham olunur.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top