Gürcüstanda azərbaycanlılar və ermənilər arasında dava düşdü
Xüsusi

21 Mart 2020

 

Gürcüstanda azərbaycanlılarla ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş verib.

“Report” xəbər verir ki, ötən gün kənd sakinləri arasında əkin sahəsi ilə bağlı anlaşılmazlıq səbəbindən mübahisə yaranıb.

 

Mübahisə daha sonra davaya keçib. Hadisə zamanı erməni sakin azərbaycanlı həmkəndlisi, fiziki imkanları məhdud şəxsə qarşı güc tətbiq edib.

Polis insidentlə bağlı araşdırma aparır.

Hazırda Xocernidə ümumi vəziyyətin sakit olduğu bildirilir.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top