SON DƏQİQƏ! Bakıya giriş-çıxışla bağlı qadağaya dəyişiklik edildi
Xüsusi

19 Mart 2020

 

Nazirlər Kabineti yanında operativ qərərgahın Azərbaycanda izolasiya tədbirləri ilə bağlı qərarında dəyişiklik edilib. 

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "Facebook” hesabında canlı yayımda elan edib. 

Onun sözlərinə görə, 19-20-21 mart tarixlərində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan vətəndaşlar rayonlara səfər edə biləcəklər. 
 
Nuridə Allahyarova bildirib ki, Rayondan Bakıya və Sumqayıta, eyni zamanda, Abşeron rayonuna səfərlər 27-28 mart tarixlərində baş tutacaq və ancaq Bakı Şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonunda qeydiyyatda olan vətəndaşlarımız üçün mümkün olacaq. 

Mətbuat xidmətinin rəhbəri bildirib ki, dəyişikliklər operativ qərərgahla razılaşdırılıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top