Sumqayıtda icra nümayəndəliyinin binası yandı
Xüsusi

19 Mart 2020

 

Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top