Hacıqabulda yük və minik avtomobilləri toqquşdu, ölən var
Xüsusi

16 Mart 2020

 

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report”un Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisindəki Bayraq meydanının yaxınlığında qeydə alınıb.

 Belə ki, “KaMAZ” markalı yük maşını ilə “VAZ-21015” markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Çingiz Bəylər oğlu hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib.

 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top