Lənkəranda da əməliyyat keçirildi
Xüsusi

12 Mart 2020

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

 

Addim.az-ın xəbərinə görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Şilavar kənd sakini Səfər Bunyatov saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı da bir bükümdə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxsin yaşadığı evə özünün iştirakı ilə baxış keçirilib və oradan külli miqdarda - 55 qram narkotik vasitə - tiryək, 41 qram heroin, 13 qram psixotrop maddə - metamfetamin, 4 qram qurudulmuş marixuana, eləcə də narkotik vasitələrin satışı üçün istifadə etdiyi elektron tərəzi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.Report

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top