İTV-də bədbəxt hadisə: 6-cı mərtəbədən yıxıldı
Xüsusi

12 Mart 2020

 

İctimai Televiziyanın binasında bədbəxt hadisə baş verib.

İTV-dən Addim.az-a verilən məlumata görə, orada fəhlə işləyən şəxslərdən biri ehtiyatsızlıq ucbatından 6-cı mərtəbədən yıxılıb.

Məlumata görə, fəhlə binadakı sanitar qovşağın pəncərisini təmir edərkən yıxılıb.

1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən fəhlənin vəziyyəti ağırdır.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top