Sərhəddə erməni təxribatı: Hərbçimiz şəhid oldu
Xüsusi

05 Mart 2020

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqa­mətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxri­batları davam edir. 

DSX-dən Addim.az-a verilən məlumata görə, 2020-ci ilin 5 mart tarixində saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə­dindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. 

 

Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb, dərhal Qazax rayo­nunun dia­qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənis­tanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. 

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür. 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top